Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Nəqliyyat vasitələrinin (NV)Tİ-nin əsas problemleri. Texniki istismarın təyinatı və əsas problemləri



Yüklə 1,78 Mb.
səhifə2/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
Nəqliyyat vasitələrinin (NV)Tİ-nin əsas problemleri. Texniki istismarın təyinatı və əsas problemləri

Nəqliyyat vasitələri istismarda olarkən onun texniki cəhətdən saz vəziyyətdə olması üçün böyük miqdarda əmək və material xərcləri (texniki, iqtisadi və təşkilati tədbirlərin yerinə yetirilməsinə) tələb edir. Bunu, ümumi xarakter daşıyan yük avtomobilinin misalında nəzərdən keçirək. Yük avtomobilinin son həddinə (silinənə) qədər sərf olunan bütün xərcləri (layihələndirmə, hazırlanma və istismar) 100% qəbul etsək, onun 2%-i konstruktiv-texnoloji, 7%-i əsaslı təmir, qalan 91%-i isə istismar xərclərinin payına düşür. Göründüyü kimi istismar prosesində istər əmək və istərsə də material xərcləri (xidmət, ehtiyat hissələri yə texniki materiallar) başlanğıc xərclərdən dəfələrlə çoxdur. Ümumi halda istismar xərclərini minimuma endirmək üçün müxtəlif xarakterli və təyinatlı tədbirləri (profilaktik və təmir xarakterli texniki təsirləri mütəmadi olaraq keyfiyyətlə təşkil etmək, hərəkət tərkibinin texniki vəziyyətini saxlanılma və təyin olunma üsullarmı tətbiq etməklə, yanacaq-enerji resurslarından düzgün istifadə etməklə və s.) yüksək səviyyədə təşkil edib həyata keçirmək lazımdır. Ancaq bu halda nəqliyyat vasitələrinin texniki vəziyyəti səmərəli idarə edilə bilər.

Beləliklə, aydındır ki, nəqliyyat vasitələrinin istismar dövründəki keyfiyyət göstəriciləri istehsalçılardan çox istismarçılardan asılıdır. Başqa sözlə desək, nəqliyyat vasitələrinin texniki vəziyyətini qiymətləndirən bu göstəricilər nəqliyyat prosesinin bütün mərhələlərində texniki istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem kimi nəqliyyat vasitəsinin texniki vəziyyəti tələb edilən səviyyədə olmalıdır. Müxtəlif avadanlıqlar və üsullar vasitəsilə nəqliyyat parkının texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsi ilə məşğul olan elmə nəqliyyat vasitələrinin texniki istismarı deyilir.

Texniki istismarın əsas məqsədi:



  • yük və sərnişin daşımalarmı müntəzəm və təhlükəsiz təmin etmək;

  • nəqliyyatın konstruksiyasından nəzərdə tutulmuş texniki imkanlardan maksimum istifadə etmək;

  • müxtəlif istismar şəraitində nəqliyyatın etibarlığını tələb olunan səviyyədə saxlamaq;

-material və əmək xərclərini optimal qiymətə gətirmək;

-hərəkət tərkibinin, xüsusilə avtomobilin ətraf mühitə olan mənfi təsirini minimuma endirmək və s.-dir.

Bir praktiki fənn kimi nəqliyyat vasitələrinin texniki istismarı minimum əmək və material xərcləri sərf etmək şərtilə nəqliyyat parkını texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün texniki, iqtisadi və təşkilati tədbirlərin kompleks şəkildə yerinə yetirilməsinə deyilir.

Texniki vəziyyətin tələb olunan səviyyədə saxlanılması üçün bu tədbirlərin həyata keçirilməsində həm sənayeçilər (layihəçilər və istehsalçılar), həm də nəqliyyatçılar (istismarçılar) birlikdə iştirak edirlər. Əgər sənaye işçiləri bu məsələni yüksək etibarlılığa, rahatlığa, məhsuldarlığa, yanacaq qənaətliliyinə və s. istismar keyfiyyətlərinə malik yeni konstruksiyalı hərəkət tərkibi istehsal etməklə həll edirlərsə, istismarçılar hərəkət tərkibinin normal texniki vəziyyətini texniki istismarın mütərəqqi üsullarından istifadə etməklə yaxşılaşdırırlar.

Texniki istismarın qarşısında duran problemlərin həlli, yəni kompleks texniki, iqtisadi və təşkilati tədbirlərin həyata keçirilməsi, başqa sözlə desək, sürətlə artan nəqliyyat parkının saxlanılması böyük xərclər tələb edir. Bu xərclərin əksəriyyəti TQ və CT işlərinin yerinə yetirilməsinə sərf edilir. Bunu avtomobil nəqliyyatınm misahnda nəzərdən keçirək. Avtomobilin layihələndirilməsinə başlanan andan silinənə qədər sərf olunan xərcləri 100% qəbul etsək, 2535%-ni TQ və CT xərcləri (əsaslı təmir və şin xərcləri də bura daxildir), 15-30%-ni TQ və CT-in aparılma keyfiyyəti ilə əlaqədar olan xərclər təşkil edir. Göründüyü kimi avtomobilin ancaq TQ və CT-i ilə əlaqədar olan xərcləri 40-65%-ə çatır. Əgər texniki istismarın digər tədbirlərinin (gələcək bölmələrində nəzərdən keçirilir) həyata keçirilməsi üçün tələb olunan xərcləri də nəzərə alsaq bütün xərclərin təxminən 75-85%-i texniki istismarın payına düşür.

İstismar xərclərinin konstruktiv-texnoloji xərclərdən dəfələrlə yüksək olması onun mürəkkəb xarakterli problemlərə malik olması ilə izah edilir. Nəqliyyat vasitələrinin sürətli inkişafı həll edilməsi tələb olunan bir sıra ciddi problemlərin yaranmasına səbəb olur. Bunlardan, texniki istismarla əlaqədar olan bir neçəsinə baxaq.



  1. İstismar prosesində nəqliyyat vasitəsinin mürəkkəb biı sistem kimi etibarlı və təhlükəsiz işinin təmin edilməsi üçün böyük miqdarda material və əmək xərclərinin tələb etməsi [istismar prosesində iştirak edən bir nəqliyyat növünü texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün tələb edilən orta illik xərclər, bir ildə ehtiyat hissələri və aqreqatlara sərf olunan xərclər, bir nəqliyyat vasitəsinin istehsalına və istismar dövründəki əmək tutumu (əsasən TQ və CT) normalan (adam-saat və ya norma-saatla) arasındakı münasibət].

  2. Nəqliyyatın, xüsusilə avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirləri (atmosfer havasının işlənmiş qazların tərkibində xaricə buraxılan zərərli birləşmələrin hesabına zəhərlənməsi, hərəkət tərkibinin işinin səslə əlaqədar və yol-nəqliyyat hadisələrinin - qəzalarının törənməsində iştirakı).

  3. Hərəkət sürətinin və gərginliyinin, yük götürmə qabiliyyətinin və tutumunun, xalq təsərrüfatının müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında və s.) işlətmək üçün nəqliyyat növlərinə (tipinə, modifikasiyasına) olan tələbatın artması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin konstruksiyalarının təkmilləşdirilmə zəruriyyəti (daşman yüklərin siniflərinə müvafiq olaraq ixtisaslaşdırlmış hərəkət tərkiblərinin layihələndirilməsi).

  4. Nəqliyyatın məhsuldarlığına, yanacaq qənaətliliyinə, rahatlığına, istismar xərclərinə, ümumiyyətlə onun texniki-istismar göstəricilərinə (keyfiyyətlərinə) müsbət təsir edən yeni qurğuların, aqreqatların və sistemlərin yaranması hesabına konstruksiyanın mürəkkəbləşməsi. Bunlara misal olaraq avtomatik və yarım avtomatik sürətlər qutusunu, yük avtomobillərində və avtobuslarda pnevmatik asqıları və avtomatik yağlama sistemlərini, işlənmiş qazların tərkibini neytrallaşdıran qurğuları, ventilyasiya sistemlərini və s. elementləri göstərmək olar. Konstruksiyanın mürəkkəbləşməsi nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini yaxşılaşdırdığı halda onun TQ və CT xərclərini yüksəldir.

  5. Nəqliyyat prosesində iştirak edən nəqliyyat parkının köhnəlmə dərəcəsinin müəssisənin yeni hərəkət tərkibi ilə təchiz edilmə səviyyəsinə görə sürətlə getməsi. Göstərilən və digər problemlərin həll edilməsi üçün texniki istismar prosesində müxtəlif texniki, iqtisadi və təşkilati tədbirlər həyata keçirilir. Nəticədə son illər texniki qulluğun və təmirin əmək tutumları 15-25% azalmış, nəqliyyat vasitələrinin, xüsusən avtomobillərin əsaslı təmir resursları yüksəlmişdir.

Ümumiyyətlə, texniki istismarın qarşısında duran problemlərin həll edilməsi üçün «Nəqliyyat vasitələrinin texniki istismarın»da aşağıdakı bölmələr öyrənilir. I. Texniki istismarın nəzəri əsasları. Burada nəzərdən keçirilir:

    1. Hərəkət tərkibinin texniki vəziyyəti və istismar prosesində onun dəyişrnəsi.

    2. Nəqliyyat vasitələrinin etibarlılığı.

    3. Nəqliyyatın texniki vəziyyətinin təyin olunma üsulları (o cümbdon diaqnostika).

    1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanılma üsulları.

    1. Texniki qulluq və təmir sistemi.

    2. Nəqliyyat vasitələrinin istismar və texniki materialları ilə təchiz edilmə xüsusiyyətləri.

    3. İstehsalat sahələrində işlədilən texnoloji avadanlıqlar.

    1. Nəqliyyatın ekologiyası.

Texniki istismarın ən vacib problemlərindən biri istismar prosesində nəqliyyat vasitələrinin etibarlı işləmə qabiliyyətini yüksəltməkdir. Əgər, sənaye bunu daha yüksək göstəricilərə (istismar keyfıyyətlərinə) malik yeni nıarkalı hərəkət tərkibi istehsal etməklə yerinə yetirirsə, nəqliyyat vasitələri istismarda olarkən bu məsələ, texniki istismarın üsullarını təkmilləşdirməklə təmin edilir. Bu isə nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün texniki- istehsalat bazasının normal fəaliyyəti ilə əlaqədardır. Nəqliyyat vasitələrinin işləmə qabiliyyətinin saxlanılması yollarından biri istismar dövründə xidmətin (servisin) lazımı vəziyyətdə təşkil edilməsidir. Bu, texniki qulluq və təmir sisteminin əsaslarını həyata keçirməklə təmin edilir.

Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin təyin olunmasında xarici təzahürlərə (əlamətlərə) əsaslanan diaqnostika xüsusi əhəmiyyət kəsd edir. Belə ki, hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir.

Nəqliyyat vasitələrinin istismar xərclərinin aşağı salınması baxımından texniki təchizat məsələləri də texniki istismarda nəzərdən keçirilir. İstismar (yanacaqlar, yağlar, texniki mayebr) vətexniki (ehtiyat hissələri, aqreqatlar, mexanizmlər) materiallarının düzgün normalaşdırılması, onlardan qənaətlə istifadə edilməsi yanacaq-enerji və texniki resurslara müsbət təsir göstərir.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinin idarə edilməsi texniki istismarın aşağıda qeyd olunanən ən vacib problemlərinin həlli ilə bağlıdır:

1.İstismar prosesində nəqliyyat vasitələrinin etibarlı işləmə qabiliyyətini yüksəltməkdir. Əgər, sənaye bunu daha yüksək göstəricilərə (istismar keyfiyyətlərinə) malik yeni markalı hərəkət tərkibi istehsal etməklə yerinə yetirirsə, nəqliyyat vasitələri istismarda olarkən bu məsələ, texniki istismarın üsullarını təkmilləşdirməklə təmin edilir. Bu isə nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün istehsalat-texniki bazasının normal fəaliyyəti ilə əlaqədardır.


  1. Nəqliyyat vasitələrinin işləmə qabiliyyətlərinin saxlanılması yollarından biri istismar dövründə xidmətin (servisin) lazımı vəziyyətdə təşkil edilməsidir. Bu, texniki qulluq və təmir sistemininəsaslarını həyata keçirməklə təmin edilir.

  2. Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin fərdi qaydada təyin olunmasında xarici təzahürlərə (əlamətlərə) əsaslanan texniki diaqnostika xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin