Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə23/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   51
İqlim şəraiti ətraf mühitin orta illik temperaturu, onun minimum və maksimum qiymətləri, yağıntıların miqdarı, havanın rütubətliyi və barometrik təzyiqi ilə xarakterizə edilir. İqlim şəraiti nəinki nəqliyyat vasitəsinin texniki vəziyyətinə hətta yolun xarakterinə də təsir edir.

Aşağı temperaturlarda konstruksiyada baş verən imtinaların və nasazlıqların sayı artır. Tədqiqatlar göstərir ki, qış aylarında avtomobilin aqreqat və mexanizmlərində baş verən imtinaların sayı yay aylarına nisbətən 1,5-2 dəfə çoxdur.

Avtmombillərin yüksək temperatur şəraitində istismar edilməsi də çətinliklərlə əlaqədardır. Belə ki, havanın temperaturu 40-50°C-yə çatdıqda avtomobilin istilik, yük və sürət rejimləri dəyişir.

İqlim şəraitinin avtomobilin texniki vəziyyətinə təsiri onunla xarakterizə edilir ki, temperaturun təsirindən konstruksiya poladlarının, metal ərintilərin, plastik kütlələrin, rezin və digər materialların fiziki-kimyəvi, həmçinin mexaniki keyfiyyətləri dəyişir. Bunlardan əlavə avtomobillərdə işlədilən istismar materiallarının tərkibi və istismar xüsusiyyətləri iqlim şəraitindən asılı olaraq müxtəlif sərhədlərdə dəyişir. Havanın temperaturunun aşağı düşməsi detalların kövrəkləşməsinə (xüsusən plastik kütlələrin), rezin materialların işləmə qabiliyyətinin itirilməsinə, soyuducu mayenin (suyun) donmasına, mühərrikin çətin işə düşməsinə və s. xoşa gəlməyən hallara səbəb olur.

Havanın rütubətliliyinin yüksək olması detalların korroziyaya uğramalarına səbəb olur. Nəticədə metalların yorğunluq həddi aşağı düşür, onların elastikliyi və möhkəmliyi azalır, detalların yeyilmə dərəcəsi yüksəlir və s. zərərli proseslər yaranır.

Ətraf mühitin temperaturu aşağı düşəndə avtomobilin güc ötürücü mexanizmlərində müqavimətlər yüksəlir. Bu müqavimətlərin qiymətinə əsasən transmissiyanın aqreqatlarındakı yağların düzgün seçilməsi detalların yeyilməsini azaltmaqla bərabər yanacaq sərfini aşağı salır.

Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq olur. Benzin mühərriklərində bu rejim soyutma sistemində suyun temperaturu 80-85°C, dizel mühərriklərində isə 85-90°C olduqda əldə edilir. Bununla həm də temperatur rejimi saxlanılır. Termostatın tətbiq edilməsi mühərrikin qızma vaxtını və detalların yeyilmə gərginliyini azaldır.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin