Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə50/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
Qarışıq diaqnostika üsulu yuxarıda göstərilən üsulların bir neçəsinin eyni zamanda istifadə ediilməsinnə əsaslanır. Bu halda çıxış proseslərinin o diaqnostk parametrləri əsas qəbul edilir ki, onlar sistemin texniki vəziyyətini daha düzgün qiymətləndirir və ölçülmə prosesi sadədir.

Kombinələşmiş diaqnostika üsuluna vibroakustik diaqnostika üsulunu misal göstərmək olar. Bir sıra hallarda avtomobilin ətraf mühitə təsiri, mühərrikin güc-iqtisadi göstəricilərinin təyini, tormoz sisteminin səmərəli işləməsinin yoxlanılması və s. xüsusiyyətlər baxımından texniki vəziyyətinin öyrənilməsi diaqnostika üsulu kimi qəbul edilir.

Texniki diaqnostika həm də subyektiv obyektiv olmaqla iki yerə bölünür. Subyektiv diaqnostikada mexaniklərin, sürücülərin və ya fəhlələrin təcrübəsinə və vərdişlərinə əsaslanmaqla sadə ölçmə metodları (stetoskop, manometer, xətkeş və s. köməyilə) istifadə olunur. Obyektiv diaqnostikada diaqnostik simptompların aşkar edilməsi və diaqnostik parametrlərin ölçülməsi üçün diaqnostika edilən obyektin texniki vəziyyətinin obyektiv qiymətləndirilməsini təmin edən xüsusi avadanlıq və cihazlar istifadə olunur. Bu iki diaqnostika növü əksər hallarda bir-birini tamamlayır.



Obyektiv diaqnostika baxımından təsnifata görə texniki diaqnostikanın metod və üsulları 5 əsas qrupda toplanır.

1. Energetik metodlar; 2. Vibroakustik metodlar; 3.İstilik metodları; 4. Stroboskopik metodlar; 5. Xüsusi metodlar.



Energetik metodlar həm də yüklənmə-sürətlənmə və ya effektivlik parametrlərinə görə diaqnostika metodları adlandırılır.Bu metodlar əsasən ümumi diaqnostikada istifadə olunur. Stroboskopik metodlar stroboskopik effektin (stroboskopik effekt- fırlanan detal onun fırlanma tezliyinə bərabər və ya tam dəfə fərqlənən tezlikli qısa müddətli işıq parıltıları ilə işıqlandırıldıqda insan gözünə tərpənməz görünür) istifadəsinə əsaslanır. Bu metodlar detalların ( mühəırikdə- klapanların itələyiciləri, minik avtomobinin qabaq asqısı – yaylar, ilişmə muftası - fırlanan disklər, kardan ötürməsi – kardan valı və s.) periodik hərəkəti baş verən bütün qovşaqları stroboskop cihazı ilə diaqnostika etməyə imkan verir.

Xüsusi metodlara - avtomobilin konkret aqreqat və qovşaqlarında istifadə olunan diaqnostika metodları aid edilir. Məsələn, 1)


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin