Standartlaşdırmanın məqsəd və vəzifələri Standartlaşdırmanın məqsədləri aşağıdakılardır:
- məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və
sağlamlığı üçün təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və
istehlakçıların mənafeyinin müdafiəsi; - xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın
inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi; - məhsulun uyğunluğunun və
qarşılıqlı surətdə əvəzolunmasının təmini; - insan və material ehtiyatlarına qənaət edilməsinə
köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması; - istehsalda və
ticarətdə texniki maneələri aradan qaldırmaqla məhsulların dünya bazarında rəqabətliyinin və
dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi; - təbii
və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq
təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması; - səfərbərliyə hazırlığa və müdafiə
qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.
Standartlaşdırmanın əsas vəzifələri aşağıdakılardır: - layihəçi, istehsalçı, satıcı və
istehlakçılar arasında qarşılıqlı anlaşmanın təmin edilməsi; 314 - istehlakçı və dövlətin mənafeyi
naminə məhsulun nomenklatura və keyfiyyətinə, o cümlədən insanların həyatı, sağlamlığı və
əmlakının təhlükəsizliyini, ətraf mühitin mühafizə-sinin qorunmasını təmin edəcək optimal
tələblərin müəyyən-ləşdirilməsi; - məhsulun uyğunluğuna (konstruktiv, elektrik, elektromaq-nit,
məlumat, proqram və s.), eləcə də qarşılıqlı əvəzolunmasına tələblərin təyin edilməsi; - məhsulun
göstərici xarakteristikalarının, elementlərinin, dəstləşdirici məmulatlarının, xammal və
materiallarının uyğunlaşdırılması və əlaqələndirilməsi; - metroloji normaların, qaydaların,
nizamnamə və tələblərin təyin edilməsi; - nəzarətin (sınaq, analiz, ölçü), sertifikatlaşdırılma və
məhsulun keyfiyyətinin qiymətləndirilməsinin normativ texniki təminatı; - texnoloji proseslər,
həmçinin material və əmək sərfinin, enerji tutumunun azaldılması, az tullantılı texnologiyanın
tətbiqi-nin təmin edilməsi üçün tələblərin təyin edilməsi; - texniki iqtisadi məlumatın
təsnifləşdirilmə və kodlaşdırıl-ma sisteminin yaradılması və aparılması; - dövlətlərarası və dövlət,
sosial-iqtisadi və elmi-texniki proqramların (layihələrin), infrastruktur komplekslərin (nəqliyyat,
rabitə, müdafiə, ətraf mühitin mühafizəsi, yaşayış mühitinə nəzarət, əhalinin təhlükəsizliyi və s.)
normativ təminatı; - istehlakçıları məhsulun nomenklaturası və əsas göstərici-ləri haqqında
məlumatla təmin etmək üçün kataloqlaşdırma sisteminin yaradılması; - Azərbaycan Respublikası
qanunvericiliyinin yerinə yetirilməsində standartlaşdırma metod və vasitələri ilə köməklik.