15. DÖVLƏT STANDARTLAŞDIRMA SİSTEMİNİN ÜMUMİ
XARAKTERİSTİKASI
Azərbaycan
Respublikasının dövlət standartları Azərbaycan Respublikasının
standartlaşdırma təşkilatlarının plan tapşırıqları, texniki komitələrin proqramları (planları) və
standartların işlənib hazırlanması müqavilələrinə uyğun olaraq həyata keçirir. Standartların
işlənməsində Azərbaycan Respublikasının qüvvədə olan qanunları, Azərbaycan Respublikasının
dövlət standartlaşdırma sisteminin standartları və standartlaşdırma
üzrə normativ sənədlər,
həmçinin standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların sənədləri və AZS 1.0 nəzərə
alınmalıdır. Standartlar işlənərkən müəssisələrin apardığı elmi-tədqiqat, təcrübi- konstruktor,
təcrübi-texnoloji, layihə işlərinin, patent tətqiqatlarının
nəticələrindən, həmçinin elm və texnika
sahəsində xarici ölkələrin məlumatlarından istifadə olunur.
Standart adətən aşağıdakı mərhələlərlə işlənib hazırlanır: 1-ci mərhələ - standartın
işlənməsinin təşkili; 2-ci mərhələ-standart layihəsinin (ilk redaksiya) işlənməsi; 3-cü mərhələ-
standart layihəsinin (son redaksiya) işlənməsi
və təsdiq üçün təqdimi; 4-cü mərhələ-standartın
təsdiqi və dövlət qeydiyyat; 5-ci mərhələ-standartın nəşri.
Standartların tərtibi, şərhi, rəsmiləşdirilməsi, məzmunu və işarələnməsi AZS 1.5 üzrə
aparılır. Standartların işlənməsindən qabaq, adətən, layihəçiyə (TK və ya müəssisəyə), ona təhkim
edilmiş standartlaşdırma obyektləri üzrə standartların işlənməsi üçün sifariş hazırlanır və təqdim
edilir. Sifarişləri TK-yə müəssisə, şəxsi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar, Azərbaycan
Respublikasındakı idarəetmə orqanları təqdim edə bilərlər. Sifarişin hazırlanması və baxılması,
Azərbaycan Respublikasının dövlət standartlarının illik planının formalaşması, 332 standartların
işlənməsi üçün müqavilə bağlanması ARMSPDK tərəfindən qoyulmuş qaydalarla həyata keçirilir.
Layihəçi standartın layihısinin işlənməsini təşkil edir və müqaviləyə əsasən verilmiş
müddət ərzində standartın mərhələlərinin yerinə yetirilməsi vaxtını müəyyənləşdirir. TK-nın
(müəssisə) işçi qrupu standartın layihəsini və ona izahedici qeydi hazırlayır.
Standart layihəsi üçün izahedici qeyddə aşağıdakılar göstərilir:
- müvafiq sənəd təqdim
etməklə standartın işlənməsi üçün əsas; - standartlaşdırma obyektinin qısa xarakteristikası; -
standart layihəsinin beynəlxalq (regional) standartlara və başqa ölkələrin milli standartlarına
uyğunluğu haqqında məlumat; - standart layihəsinin patent təmizliyi haqqında məlumat; - standart
layihəsinin standartlaşdırma üzrə başqa normativ sənədlərlə qarşılıqlı əlaqəsi və onların yenidən
baxılması, dəyişdirilməsi və ya ləğvi barədə təkliflər; - standart layihəsinin rəy üçün göndərilməsi
haqqında məlumat, həmçinin ən mühüm nöqsanların və təşkilatların (son redaksiya üçün)
ümumləşdirilmiş qısa xarakteristikası; - əgər razılaşdırma aparılıbsa, o barədə məlumat; -
informasiya mənbələri.
Verilən təklifləri nəzərə alaraq layihəçi (TK) standartda ediləcək dəyişikliklər layihəsini
(standarta yenidən baxılma təkliflərini) və ya standartın ləğv edilməsi təklifini işləyib hazırlayır
və göndərir. ARSMPDK isə lazımi qərar qəbul edir. Məhsul buraxılışı (xidmət göstərilməsi,
proseslərin aparılması) dayandırıldıqda, standartı əvəz edəcək digər
normativ sənəd işlənib
hazırlandıqda və başqa xüsusi hallarda APSMPDK aidiyyatı standartın ləğvini həyata keçirir.
Standartda
dəyişiklik, standartın ayrı-ayrı tələbləri əvəz və ya ləğv olunduqda, yaxud standarta
yeni tələblər əlavə olunduqda edilir. 335 Məhsul standartında dəyişiklik, ona yeni məhsul ilə
qarşılıqlı əvəzolunmasını və uyğunlaşmasını pozmayan yeni, qabaqcıl tələblər əlavə edildikdə
aparılır. Standarta redaksiya və ya istinad xarakterli dəyişikliklər üçün müstəqil sənəd işlənilmir.
Standartlara belə dəyişikliklər, məhsulun (xidmətin) keyfiyyəti ilə əlaqədar
tələblərin əvəz
edilməsi (əlavə edilməsi, ləğv olunması), beynəlxalq, regional və başqa ölkələrin milli
standartlarının istifadə edilməsi ilə əlaqədar daxil edilir. Standarta
edilmiş hər bir dəyişikliyə
ARSMPDK sıra nömrəsi verir və bu dəyişikliyin qüvvəyə minmə tarixini adətən dəyişikliyin
təsdiqindən 6 aydan gec olmayaraq müəyyənləşdi-rirlər. Standarta yenidən baxılanda qüvvədə
olan standartın əvəzinə yeni standart işlənib hazırlanır. Bu halda onun hansı standartı əvəz etdiyi
göstərilir. Yeni standarta köhnə standartın işarəsi verilir və təsdiq olunma ilini göstərən iki axırıncı
rəqəm dəyişdirilir. Yeni qabaqcıl tələblər, qüvvədə olan standart üzrə hazırlanan məhsula nəzərən
yeni məhsulun qarşılıqlı əvəzolunma qabiliyyətini və (və ya) əsas göstəricilərini dəyişdirirsə,
məhsulun standartına yenidən baxılır.
Konkret məhsulun standartına yenidən baxıldıqda, əgər əvvəllər buraxılmış,
istismarda
olan məhsullar üçün ehtiyat hissələri hazırlanırsa və təmir işləri aparılırsa, qüvvədə olan standart
ləğv edilmir. Bu halda layihəçi qüvvədə olan standarta dəyişiklik layihəsi hazırlayır və onun tətbiq
sahəsini müəyyənləşdirir. Bu standart ancaq istismarda olan məmulatın təmiri və ehtiyat
hissələrinin hazırlanması üçün tətbiq edilməlidir. Bu halda belə dəyişiklik edilən standartın
qeydiyyat nömrəsi saxlanılır.
Standarta yenidən baxıldığı zaman qarşılıqlı əlaqəli normativ sənədlərin də ləğvi və ya
yeniləşməsi üçün təkliflər hazırlanır. Layihəçi (TK) standartın ləğv edilmə təklifi ilə razılaşdıqda,
müəssisə rəhbərliyinin və ya TK sədrinin imzası ilə 1 nüsxədə aşağıdakı sənədləri məktubla
birlikdə ARSMPDK göndərir: - standartın ləğv edilməsi haqqında ETŞ (TK) iclasının protokolu,
həmçinin onun əvəzinə hansı sənədin işlədilməsi və ya əvəzolunmadan ləğvi haqqında məlumat;
336 - əvvəlcədən standartın razılaşdırıldığı və TK-nin üzvü olmayan dövlət nəzarət orqanlarının
standartın ləğvinin mümkünlüyü ilə razılığını təsdiq edən sənədlərin əsli. ARSMPDK, standartın
ləğvi haqqında sənədi qeydiyata alır və bu məlumatı “Azərbaycan Respublikasının
dövlət
standartı” haqqında məlumat kitabçasında, adətən standartın ləğvi tarixindən 3 aydan gec
olmayaraq nəşr etdirir.