Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   22
Elektrik-ölçmələri-mühazirə



 
 
 
 
 
 
 
 
 
 
“ELEKTRİK ÖLÇMƏLƏRİ VƏ 
VASİTƏLƏRİ – 2”
 
 
fənnindən mühazirə konspekti 
 
 
 
 
 
 
 
 
 
 
 
Müəllim: M.A. Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2020


1. ELEKTRİK DÖVRƏLƏRİNİN PARAMETRLƏRİNİN ÖLÇÜLMƏSİ 
 
Məlumdur ki, elektrik dövrələri müqavimətdən (rezistordan), induktivlikdən və 
tutumlardan təşkil olunur. 
 
Müqavimət elektrik dövrəsinin ən mühüm parametrlərindən biri olub,hər hansı dövrənin 
və ya qurğunun işini müəyyən edir. 
Elektrik maşınlarını, aparatlarını və cihazlarını hazırladıqda, elektrik qurğularının 
montajında və istismarında müqavimətlər üçün müəyyən qiymətin alınması onların normal iş reji-
mini təmin etmək üçün zəruri şərtdir. 
Bəzi müqavimətlər öz qiymətlərini praktiki olaraq dəyişməz saxlayır, digərləri isə əksinə, 
zamandan, temperaturdan, rütubətdən, mexaniki qüvvələrdən və s. asılı olaraq kəskin surətdə 
dəyişir. Ona görə də həm elektrik maşınlarını, aparatlarını və cihazlarını istehsal etdikdə, həm də 
elektrik qurğularını montaj və istismar etdikdə müqavimətləri ölçmək lazım gəlir. 
Müqavimətlər öz qiymətlərinə görə çox müxtəlif olur.Praktiki olaraq müqavimətləri 10
-6
Om tərtibində çox kiçik qiymətlərdən başlayaraq 10
15
- 10
18
Om tərtibində böyük müqavimətlərə 
qədər ölçmək lazım gəlir. 
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq təbiidir ki, müqavimətləri ölçməkdən ötrü 
müxtəlif metodlar və cihazlar vardır və ölçmə əməliyyatı aparmaq üçün bu və ya digər metodun 
seçilməsi çoxlu miqdarda amilin nəzərə alınmasını tələb edir. 
Ümumiyyətlə, müqavimətləri dolayı və bilavasitə qiymətləndirmə metodları, eləcə də 
körpü ölçmə sxemləri əsasında həm analoq, həm də rəqəm cihazlarının köməyi ilə ölçmək 
mümkündür. 
Rezistorun sabit cərəyana görə R

müqavimətini dolayı metodla ölçmək üçün aşağıdakı 
sxemdən (şəkil 1.1) istifadə etmək olar. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin