Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
Elektrik-ölçmələri-mühazirə

 
9. RƏQƏM OSSİLOQRAFLARI 
 
Rəqəm ossiloqraflarında tədqiq olunan analoq siqnal giriş blokunda analoq-rəqəm 
çeviricisinin köməyilə rəqəm formasına çevrilir və diskret yaddaşda saxlanılır.Yaddaşda 
saxlanılan siqnal elektron-şüa borusunun ekranında,müstəvi matrisli ekranda və digər üsullarla əks 
etdirilə bilər. 
Rəqəm ossiloqrafı eyni zamanda ekranda siqnalı müşahidə etməyə,həm də onun bir sıra 
parametrlərinin ədədi qiymətlərini yüksək dəqiqliklə almağa imkan verir.Bundan başqa rəqəm 
ossiloqraflarında informasiyanı çap etmək, şəbəkəyə ötürmək və digər funksional imkanlar 
nəzərdə tutulmuşdur. Rəqəm ossloqraflarının mikroprosessorlarla əlaqələndirilməsi siqnalın 
gərginliyinin orta kvadratik qiymətini təyin etməyə və hətta ekranda bir çox siqnallar üçün Furye 
çevirməsini əks etdirməyə və hesablamağa imkan verir. 
Rəqəm ossiloqraflarının ekranında təsvirlərin optimal ölçüləri avtomatik olaraq 
qoyulur.Belə ossiloqrafların struktur sxeminə əsasən aşağıdakılar daxildir: giriş siqnalının atten-
yuatoru; şaquli və üfüqi meyletmə gücləndiriciləri; amplituda və zaman intervalları ölçənləri; 
siqnal və ölçmə qurğularının interfeysləri; mikroprosessorlu kontroller; açılış generatoru; 
sinxronlaşdırma sxemi və elektron-şüa borusu. 
Tipik müasir rəqəm ossiloqrafının texniki xarakteristikaları belədir: 
- buraxma zolağı 0....100 Mhs;
- ekranın ölçüsü 80x100 mm; 
- rəqəm ölçmələrinin xətası 1...3%. 
Rəqəm ossiloqrafının funksional imkanları: təsvirlərin ölçülərinin avtomatik qoyuluşu; 
avtomatik sinxronlaşdırma; siqnalların maksimum və minimum amplitudalarının, impulsların 
periodunun,müddətinin,fasiləsinin,qalxma və enmə cəbhələrinin avtomatik ölçülməsi, ümumi 
təyinatlı kanala giriş və s. Bundan əlavə rəqəm ossiloqrafları ölçmə prosesini tam avtomatlaşdır-
mağa, iş rejiminin məsafədən idarə olunmasına, informasiyanın riyazi və məntiqi emal edilməsinə 
də inkan verirlər. 


Rəqəm ossiloqrafının sadələşdirilmiş struktur sxemi 9.1. şəklində göstərilmişdir. 
Şəkil 9.1. Rəqəm ossiloqrafının sadələşdirilmiş struktur sxemi 
Onun tərkibinə prosessor, ARÇ, interfeyslər, taymer, kontroller, amplituda və zaman 
intervallarını ölçən qurğular, operativ yaddaş qurğusu (OYQ) və əks etdirici qurğu daxildir. 
Struktur sxemdən göründüyü kimi,tədqiq olunan siqnalın amplitud və zaman parametrləri cihaza 
daxil edilmiş ölçmə vasitələrinin köməyi ilə təyin olunur.Aparılan ölçmələr əsasında mikropro-
sessor meyletmə və açılışın tələb olunan əmsallarını hesablayır və interfeys vasitəsilə bu əmsalları 
əks etdirici qurğunun aparat hissəsində yerləşdirir.Bu da indikatorda təsvirlərin şaquli və üfüqi 
istiqamətdə ölçülərinin dəyişməzliyini təmin edir. 
Prosessor kontroller vasitəsilə ön paneldəki idarə orqanlarının vəziyyətininin sorğusunu 
aparır və bu sorğu nəticələri kodlaşdırıldıqdan sonra yenidən kontrollerə daxil olur: o da öz 
növbəsində interfeys vasitəsilə avtomatik ölçmənin müvafiq rejimini qoşur. 
Alınmış ölçmə nəticələri əksetdirici qurğuya (o,ekran borusunda da yerləşdirilə bilər) 
çıxarılır, özü də amplitud və zaman parametrləri əvvəlcə eyni zamanda işıqlanır. 
İdarə blokuna mikroprosessorun qoşulması rəqəm ossiloqraflarının funksional imkanlarını 
xeyli genişləndirir. Belə ki, tədqiq olunan siqnalın istənilən qiymətinin rəqəm ifadəsini , onun 
törəməsini, inteqralını, spektral xarakteristikasını, korrelyasiya funksiyasını, ehtimal sıxlığının 
paylanmasını və s. almaq imkanları yaranır. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin