чыхышында эярэинлийин замана эюря мцяййян функсийасы щасил олур. Бизим
бахдыьымыз щалда квадратик асылылыьы алмаг цчцн бу, йарым парабола формалы
эярэинликдир:
t
K
U
1
e
=
.
12. İNFORMASİYA-ÖLÇMƏ SİSTEMLƏRİ
12.1.Ümumi məlumat
İnformasiya - ölçmə sistemləri (İÖS) bilavasitə obyektdən informasiyanın avtomatik olaraq
alınmasını,onun çevrilməsini,
ötürülməsini, ölçülməsini, emalını, saxlanmasını,
operator
tərəfindən rahat qəbul edilməsini və (və ya) idarəedici sistemə daxil edilməsini təmin edən texniki
vasitələr toplusudur. İOS mürəkkəb ölçmə kompleksidir. Onun tərkibinə təkcə ölçmə çeviriciləri
yox, həm də ölçmə informasiyasını emal etmək üçün, eləcə də ölçmə prosesinin realizasiyası və
informasiya alınması prosesinin idarə edilməsi üçün hesablama texnikası vasitələri – güclü
kompyuterlər də daxildir.
İnformasiya-ölçmə sistemləri aşağıdakı əməliyyatların həyata keçirilməsinə imkan verir:
1) tədqiqat
obyekti ilə bilavasitə əlaqə;
2) ölçmə informasiyasının emalı;
3) mərkəzləşdirilmiş avtomatik (avtomatlaşdırılmış) idarə;
4) müxtəlif fiziki kəmiyyətlərin çoxkanallı ölçülməsi.
İnformasiya-ölçmə sistemləri öz inkişafında bir neçə mərhələ keçmişdir.Birinci
mərhələdə İÖS –ləri avtomatlaşdırılmış analoq sistemləri kimi fəaliyyət göstərmişdir.Burada
əsasən funksional çeviricilərin və sadə hesablama qurğularının (elektromexaniki və elektron)
köməyi ilə informasiyanın ilkin emalı yerinə yetirilirdi,operator pultundan informasiyanın tsiklik
və ünvan yığımı istifadə edilirdi. İnformasiyanın ötürülməsi üçün əsasən sabit cərəyanda
modulyasiya tətbiq olunurdu. Birinci mərhələyə aid İÖS-ləri elektromexaniki və elektron-lampa
elementləri üzərində qurulurdu. Onlar aşağı
cəldişlmə qabiliyyətinə, kiçik dəqiqliyə və
etibarlılığa malik idilər.
Rəqəm texnikasının intensiv inkişafı İÖS-lərin ikinci nəslinin –rəqəm ölçmə sistemlərinin
yaranmasına səbəb oldu.Belə sistemlər daha böyük cəldişləməyə və dəqiqliyə malik idilər.Bu
sistemlərdə çoxpilləli kommutatorların tətbiq olunması ölçmə kanallarının sayının artırılmasına
imkan verdi.İkinci nəsil İÖS-lərində informasiyanın emalı ixtisaslaşdırılmış
rəqəm hesablama
maşınlarının köməyi ilə yerinə yetirilirdi.İnformasiya yığımı prosesinin proqramla idarə edilməsi
elektron hesablama maşınlarının,tsiklik və ünvan sorğusu isə operatorun pultunda yerləşdirilmiş
avtonom elektron bloklarının köməyi ilə həyata keçirilirdi.
İnformasiya-ölçmə sistemlərinin üçüncü nəsli 70-ci illərin ortalarında təşəkkül tapdı və
mikroelektronikanın
inkişafı,otra
və
böyük
inteqrasiya
dərəcəli
mikrosxemlərin,
mikroprosessorların, mini- və mikro-EHM-lərin yaranması ilə əlaqədar oldu.
İÖS-lərin tərkibində universal və idarəedici mini- və mikro-EHM- lərin tətbiqi onların
funksional imkanlarını xeyli artırdı və informasiya-hesablama komplekslərinin yaranmasına səbəb
oldu; emal olunan informasiya massivinin, emalın sürəti xeyli artdı.
İnformasiya-ölçmə sistemlərinin dördüncü nəsli onlarda çoxfunksiyalı bircinsli və müxtəlif
cinsli fiziki kəmiyyətlərin ilkin çeviricilərinin istifadə olunması ilə xarakterikdir.Burada
informasiyanın alınması,çevrilməsi və ilkin emalı aşağı ierarxiya
səviyyəsində yerinə
yetirilir.Çoxprosessorlu sistemlərdən istifadə olunması bir tərəfdən emal və idarəetmə
funksiyalarını ayırmağa,digər tərəfdən isə İÖS-nin cəldişləmələrini kifayət qədər artırmağa imkan
verir.
Dostları ilə paylaş: