Mühazirə konspekti



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
Elektrik-ölçmələri-mühazirə

Şəkil 13.3. Verilənlərin ötürülməsinin radial
struktur sxemi 
 
Maqistral strukturlu İÖS-də (şəkil 13.4) bütün FQ-lar üçün ümumi olan magistral vardır 
və bu magistralla FQ-ların qarşılıqlı təsir siqnalları ötürülür.Belə struktur sistemdə funksional 
qovşaqların sayını asanlıqla artırmağa imkan verir. 
Şəkil 13.4. Verilənlərin ötürülməsinin magistral struktur sxemi 
Radial-zəncirvari və radial-magistral strukturlar da mövcuddur ki, bunlar da baxılan 
strukturların kombinasiyasından ibarətdir. 
İÖS ilə ölçülən və nəzarət olunan fiziki kəmiyyətlər olduqca müxtəlifdirlər. İÖS-in 
universal,yəni müxtəlif kəmiyyətlərin ölçülməsi və nəzarət olunmasından ötrü yararlı olması üçün 
ölçülən və nəzarət olunan kəmiyyətlər unifikasiya olunmuş elektrik siqnalları kimi təqdim 
olunurlar. İÖS-də aşağıdakı unifikasiya olunmuş siqnallar istifadə olunur: 
1) Parametrləri (ani, orta, təsiredici qiymət,tezlik, period, faza sürüşməsi və i.a) informativ 
olan sabit və dəyişən cərəyan və gərginliklər şəklində olan fasiləsiz siqnallar.Bəzi fasiləsiz 
unifikasiya olunmuş siqnalların parametrlərinin dəyişmə diapazonu müvafiq standartlarla 
normalaşdırılır.Bu siqnallar normalaşdırılmış siqnallar adlanır.Siqnalların parametrləri normal 
səviyyəyə normalaşdırıcı ölçmə çeviriciləri ilə gətirilir. 
2) Parametrləri (amplituda,tezlik,impulsların və ya intervalların müddəti) informativ olan 
sabit cərəyan impulsları seriyası şəklində olan impuls siqnalları. 
3) Sabit cərəyan və gərginlik impulsları şəklində olan kod-impuls siqnalları.Bu siqnalların 
kombinasiyası kodlaşdırılmış ölçülən kəmiyyətin qiymətlərini verir. 
Bu və ya digər unifikasiya olunmuş siqnalların istifadə olunması İÖS-nin tələb olunan 
xarakteristikalarından,rabitə kanalının növündən,ölçmə informasiyasının təqdim olunma for-
masından (analoq və yaxud rəqəm), istifadə olunan element bazasından və s. asılıdır. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin