Mühazirə konspekti


Standartlaşdırmanın məqsəd və vəzifələri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
Elektrik-ölçmələri-mühazirə

Standartlaşdırmanın məqsəd və vəzifələri Standartlaşdırmanın məqsədləri aşağıdakılardır: 
- məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və 
sağlamlığı üçün təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və 
istehlakçıların mənafeyinin müdafiəsi; - xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın 
inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi; - məhsulun uyğunluğunun və 
qarşılıqlı surətdə əvəzolunmasının təmini; - insan və material ehtiyatlarına qənaət edilməsinə 
köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması; - istehsalda və 
ticarətdə texniki maneələri aradan qaldırmaqla məhsulların dünya bazarında rəqabətliyinin və 
dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi; - təbii 
və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq 
təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması; - səfərbərliyə hazırlığa və müdafiə 
qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.
Standartlaşdırmanın əsas vəzifələri aşağıdakılardır: - layihəçi, istehsalçı, satıcı və 
istehlakçılar arasında qarşılıqlı anlaşmanın təmin edilməsi; 314 - istehlakçı və dövlətin mənafeyi 
naminə məhsulun nomenklatura və keyfiyyətinə, o cümlədən insanların həyatı, sağlamlığı və 
əmlakının təhlükəsizliyini, ətraf mühitin mühafizə-sinin qorunmasını təmin edəcək optimal 
tələblərin müəyyən-ləşdirilməsi; - məhsulun uyğunluğuna (konstruktiv, elektrik, elektromaq-nit, 
məlumat, proqram və s.), eləcə də qarşılıqlı əvəzolunmasına tələblərin təyin edilməsi; - məhsulun 
göstərici xarakteristikalarının, elementlərinin, dəstləşdirici məmulatlarının, xammal və 
materiallarının uyğunlaşdırılması və əlaqələndirilməsi; - metroloji normaların, qaydaların, 
nizamnamə və tələblərin təyin edilməsi; - nəzarətin (sınaq, analiz, ölçü), sertifikatlaşdırılma və 
məhsulun keyfiyyətinin qiymətləndirilməsinin normativ texniki təminatı; - texnoloji proseslər
həmçinin material və əmək sərfinin, enerji tutumunun azaldılması, az tullantılı texnologiyanın 
tətbiqi-nin təmin edilməsi üçün tələblərin təyin edilməsi; - texniki iqtisadi məlumatın 
təsnifləşdirilmə və kodlaşdırıl-ma sisteminin yaradılması və aparılması; - dövlətlərarası və dövlət, 
sosial-iqtisadi və elmi-texniki proqramların (layihələrin), infrastruktur komplekslərin (nəqliyyat, 
rabitə, müdafiə, ətraf mühitin mühafizəsi, yaşayış mühitinə nəzarət, əhalinin təhlükəsizliyi və s.) 
normativ təminatı; - istehlakçıları məhsulun nomenklaturası və əsas göstərici-ləri haqqında 
məlumatla təmin etmək üçün kataloqlaşdırma sisteminin yaradılması; - Azərbaycan Respublikası 
qanunvericiliyinin yerinə yetirilməsində standartlaşdırma metod və vasitələri ilə köməklik. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin