Mühazirə konspekti


 DÖVLƏT STANDARTLAŞDIRMA SİSTEMİNİN ÜMUMİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
Elektrik-ölçmələri-mühazirə

15. DÖVLƏT STANDARTLAŞDIRMA SİSTEMİNİN ÜMUMİ 
XARAKTERİSTİKASI 
Azərbaycan 
Respublikasının dövlət standartları Azərbaycan Respublikasının 
standartlaşdırma təşkilatlarının plan tapşırıqları, texniki komitələrin proqramları (planları) və 
standartların işlənib hazırlanması müqavilələrinə uyğun olaraq həyata keçirir. Standartların 
işlənməsində Azərbaycan Respublikasının qüvvədə olan qanunları, Azərbaycan Respublikasının 
dövlət standartlaşdırma sisteminin standartları və standartlaşdırma üzrə normativ sənədlər
həmçinin standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların sənədləri və AZS 1.0 nəzərə 
alınmalıdır. Standartlar işlənərkən müəssisələrin apardığı elmi-tədqiqat, təcrübi- konstruktor, 
təcrübi-texnoloji, layihə işlərinin, patent tətqiqatlarının nəticələrindən, həmçinin elm və texnika 
sahəsində xarici ölkələrin məlumatlarından istifadə olunur.
Standart adətən aşağıdakı mərhələlərlə işlənib hazırlanır: 1-ci mərhələ - standartın 
işlənməsinin təşkili; 2-ci mərhələ-standart layihəsinin (ilk redaksiya) işlənməsi; 3-cü mərhələ-
standart layihəsinin (son redaksiya) işlənməsi və təsdiq üçün təqdimi; 4-cü mərhələ-standartın 
təsdiqi və dövlət qeydiyyat; 5-ci mərhələ-standartın nəşri.
Standartların tərtibi, şərhi, rəsmiləşdirilməsi, məzmunu və işarələnməsi AZS 1.5 üzrə 
aparılır. Standartların işlənməsindən qabaq, adətən, layihəçiyə (TK və ya müəssisəyə), ona təhkim 
edilmiş standartlaşdırma obyektləri üzrə standartların işlənməsi üçün sifariş hazırlanır və təqdim 


edilir. Sifarişləri TK-yə müəssisə, şəxsi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar, Azərbaycan 
Respublikasındakı idarəetmə orqanları təqdim edə bilərlər. Sifarişin hazırlanması və baxılması, 
Azərbaycan Respublikasının dövlət standartlarının illik planının formalaşması, 332 standartların 
işlənməsi üçün müqavilə bağlanması ARMSPDK tərəfindən qoyulmuş qaydalarla həyata keçirilir.
Layihəçi standartın layihısinin işlənməsini təşkil edir və müqaviləyə əsasən verilmiş 
müddət ərzində standartın mərhələlərinin yerinə yetirilməsi vaxtını müəyyənləşdirir. TK-nın 
(müəssisə) işçi qrupu standartın layihəsini və ona izahedici qeydi hazırlayır.
Standart layihəsi üçün izahedici qeyddə aşağıdakılar göstərilir: - müvafiq sənəd təqdim 
etməklə standartın işlənməsi üçün əsas; - standartlaşdırma obyektinin qısa xarakteristikası; - 
standart layihəsinin beynəlxalq (regional) standartlara və başqa ölkələrin milli standartlarına 
uyğunluğu haqqında məlumat; - standart layihəsinin patent təmizliyi haqqında məlumat; - standart 
layihəsinin standartlaşdırma üzrə başqa normativ sənədlərlə qarşılıqlı əlaqəsi və onların yenidən 
baxılması, dəyişdirilməsi və ya ləğvi barədə təkliflər; - standart layihəsinin rəy üçün göndərilməsi 
haqqında məlumat, həmçinin ən mühüm nöqsanların və təşkilatların (son redaksiya üçün) 
ümumləşdirilmiş qısa xarakteristikası; - əgər razılaşdırma aparılıbsa, o barədə məlumat; - 
informasiya mənbələri.
Verilən təklifləri nəzərə alaraq layihəçi (TK) standartda ediləcək dəyişikliklər layihəsini 
(standarta yenidən baxılma təkliflərini) və ya standartın ləğv edilməsi təklifini işləyib hazırlayır 
və göndərir. ARSMPDK isə lazımi qərar qəbul edir. Məhsul buraxılışı (xidmət göstərilməsi, 
proseslərin aparılması) dayandırıldıqda, standartı əvəz edəcək digər normativ sənəd işlənib 
hazırlandıqda və başqa xüsusi hallarda APSMPDK aidiyyatı standartın ləğvini həyata keçirir. 
Standartda dəyişiklik, standartın ayrı-ayrı tələbləri əvəz və ya ləğv olunduqda, yaxud standarta 
yeni tələblər əlavə olunduqda edilir. 335 Məhsul standartında dəyişiklik, ona yeni məhsul ilə 
qarşılıqlı əvəzolunmasını və uyğunlaşmasını pozmayan yeni, qabaqcıl tələblər əlavə edildikdə 
aparılır. Standarta redaksiya və ya istinad xarakterli dəyişikliklər üçün müstəqil sənəd işlənilmir.
Standartlara belə dəyişikliklər, məhsulun (xidmətin) keyfiyyəti ilə əlaqədar tələblərin əvəz 
edilməsi (əlavə edilməsi, ləğv olunması), beynəlxalq, regional və başqa ölkələrin milli 
standartlarının istifadə edilməsi ilə əlaqədar daxil edilir. Standarta edilmiş hər bir dəyişikliyə 
ARSMPDK sıra nömrəsi verir və bu dəyişikliyin qüvvəyə minmə tarixini adətən dəyişikliyin 
təsdiqindən 6 aydan gec olmayaraq müəyyənləşdi-rirlər. Standarta yenidən baxılanda qüvvədə 
olan standartın əvəzinə yeni standart işlənib hazırlanır. Bu halda onun hansı standartı əvəz etdiyi 
göstərilir. Yeni standarta köhnə standartın işarəsi verilir və təsdiq olunma ilini göstərən iki axırıncı 
rəqəm dəyişdirilir. Yeni qabaqcıl tələblər, qüvvədə olan standart üzrə hazırlanan məhsula nəzərən 
yeni məhsulun qarşılıqlı əvəzolunma qabiliyyətini və (və ya) əsas göstəricilərini dəyişdirirsə, 
məhsulun standartına yenidən baxılır.
Konkret məhsulun standartına yenidən baxıldıqda, əgər əvvəllər buraxılmış, istismarda 
olan məhsullar üçün ehtiyat hissələri hazırlanırsa və təmir işləri aparılırsa, qüvvədə olan standart 
ləğv edilmir. Bu halda layihəçi qüvvədə olan standarta dəyişiklik layihəsi hazırlayır və onun tətbiq 
sahəsini müəyyənləşdirir. Bu standart ancaq istismarda olan məmulatın təmiri və ehtiyat 
hissələrinin hazırlanması üçün tətbiq edilməlidir. Bu halda belə dəyişiklik edilən standartın 
qeydiyyat nömrəsi saxlanılır.
Standarta yenidən baxıldığı zaman qarşılıqlı əlaqəli normativ sənədlərin də ləğvi və ya 
yeniləşməsi üçün təkliflər hazırlanır. Layihəçi (TK) standartın ləğv edilmə təklifi ilə razılaşdıqda, 
müəssisə rəhbərliyinin və ya TK sədrinin imzası ilə 1 nüsxədə aşağıdakı sənədləri məktubla 
birlikdə ARSMPDK göndərir: - standartın ləğv edilməsi haqqında ETŞ (TK) iclasının protokolu, 
həmçinin onun əvəzinə hansı sənədin işlədilməsi və ya əvəzolunmadan ləğvi haqqında məlumat; 
336 - əvvəlcədən standartın razılaşdırıldığı və TK-nin üzvü olmayan dövlət nəzarət orqanlarının 
standartın ləğvinin mümkünlüyü ilə razılığını təsdiq edən sənədlərin əsli. ARSMPDK, standartın 
ləğvi haqqında sənədi qeydiyata alır və bu məlumatı “Azərbaycan Respublikasının dövlət 
standartı” haqqında məlumat kitabçasında, adətən standartın ləğvi tarixindən 3 aydan gec 
olmayaraq nəşr etdirir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin