Şəkil 4.1. Sabit cərəyan voltmetrinin struktur sxemi
Burada GB-giriş gərginlik bölücüsü, SCG – sabit cərəyan gücləndiricisi, ÖM – maqnit-
elektrik ölçmə mexanizmidir. Ölçmə mexanizminin göstəricisininin meyl bucağı α = K GB ·K SCG ·S v U x = K V U x , burada K GB, K SCG,
- GB və SÇG-nin çevirmə (gücləndirmə) əmsalları; S
v
– ölçmə mexanizminin gərginliyə görə həssaslığı; K V – elektron voltrmetrinin çevirmə əmsalı; U x – ölçülən gərginlikdir. Bu cür voltmetrlərdə adətən K SCG ≈1 götürülür, SCG-nin əsas vəzifəsi
voltmetrin böyük giriş müqavimətini təmin etməkdir. Bu voltrmetrlərin yuxarı ölçmə həddi bir
neçə millivolt təşkil edir.
Dəyişən cərəyan voltmetrləri dəyişən gərginliyi sabit gərginliyə çevirən çeviricidən,
gücləndiricidən və maqnit-elektrik ölçmə mexanizmindən təşkil olunur. Dəyişən cərəyan
voltmetrlərinin öz xarakteristikalarına görə biri-birindən fərqlənən iki ümumiləşdirilmiş struktur
sxemləri mövcuddur. 4.2 şəklindəki sxem üzrə qurulmuş voltmetrlərdə ölçülən U
x
gərginliyi
əvvəlcə sabit gərginliyə çevrilir,sonra isə sabit cərəyan voltmetrlərində olduğu kimi SCG və ÖM-
ə verilir.
Şəkil 4.2. Dəyişən cərəyan voltmetrinin struktur sxemi Çevirici Ç az ətalətli qeyri-xətti qurğudur, ona görə də belə strukturlu voltmetrlər geniş
tezlik diapazonunda (bir neçə on herslərdən 10
3
Mhs-ə qədər) işləyə bilirlər. Lakin belə
voltmetrlərin həssaslığı yüksək deyildir.
Elektromaqnit voltmetrlər əsasən lövhə cihazları kimi istifadə olunurlar. Onların ölçmə
hədlərini gərginlik ölçmə transformatorlarının köməyi ilə artırmaq mümkündür. Elektrodinamik,
elektrostatik voltmetrlər əsasən laboratoriya cihazlarıdır, termoelektrik cihazlar isə yüksək
tezliklərdə istifadə edilirlər. Düzləndiricili voltmetrlər adətən əldə gəzdirilən çox funksiyalı ölçmə
cihazlarının – testerlərin tərkibinə daxil olur.