4.2. Cərəyanın ölçülməsi Cərəyanın ölçülməsinin bir sıra metodları vardır; birbaşa ölçmələrdən əlavə dolayı ölçmə
metodları da geniş istifadə olunur.
Cərəyanın bilavasitə ölçülməsi. Bu halda ampermetr cərəyanı ölçüləcək dövrənin
kəsiyində ardıcıl olaraq qoşulur (şəkil 4.3. a).
Tədqiq olunan dövrəyə ampermetrin qoşulması ölçmə nəticəsini təhrif edir.Belə ki, R
A
daxili müqavimətli (şəkildə göstərilməmişdir) ampermetrin sxemdə olması ona gətirir ki,
ampermetrsiz bu dövrədə axan İ x = U/R cərəyanının əvəzinə o, qoşulandan sonra
) R R /( U İ A 1 +
=
cərəyanı axacaqdır.
Şəkil 4.3. Cərəyanın bilavasitə (a) və dolayı (b) metodla ölçülməsi sxemləri Ölçmənin mütləq xətası İ = İ x – İ 1 ampermetrin daxili müqaviməti R
A
böyük olduqca
çox olacaqdır.
Elektron voltmetrinin köməyi ilə cərəyanın dolayı metodla ölçülməsi. Məlumdur ki, Om
qanununa görə elektrik dövrəsinin gərginliyi ilə cərəyanı arasında xətti asılılıq mövcuddur.Ona
görə də 6.7 b şəklindəki sxem üzrə cərəyanı dolayı metodla ölçmək olar.Etalon rezistordakı R
e
müqavimətində gərginliyi ölçməklə cərəyanı aşağıdakı ifadə ilə tapa bilərik:
İ x = U e /R e ,
burada U e – voltmetrlə ölçülən gərginlik; İ x – müəyyən olunan cərəyan; R e – məlum nominallı
etalon aktiv müqavimətdir.
Lakin kiçik cərəyanların ölçülməsində bu metodika məqbul sayılmaya bilər. Bu halda ölçmə
cihazlarında kiçik daxili müqavimətli giriş gücləndirici kaskadlı sxemlərdən istifadə edilir.
Böyük gücləndirmə əmsalına malik gücləndiricilərin tətbiq edilməsi çox kiçik qiymətli
gərginlik və ya cərəyanları ölçməyə imkan verir.