FƏSİL 6. QAZIN QƏRARLAŞMAMIŞ HƏRƏKƏTİ
6.1.Qaz yatağının tükənməyə işlənməsinin əsas diferensial tənliyi
Qazın məsaməli mühitdə qərarlaşmamış süzülməsinin öyrənilməsində əsas məsələ, lay təzyiqinin dəyişməsinin laydan çıxarılan qazın miqdarından və zamandan asılılığını təyin etməkdir. Aparılan hesablamalar göstərir ki,eyni sərhəd şərtlərində orta lay təzyiqinin qiyməti layın qidalanma konturundakı təzyiqin P1 qiymətindən az fərqlənir. Bunu nəzərə alaraq qaz yataqlarının işlənməsi ilə əlaqədar hidrodinamik məsələlərin həllində təzyiqin lay üzrə cari qiymətinin orta lay təzyiqi ilə əvəz edilməsi daha məqsədəuyğundur.
Beləliklə,qaz yerləşən məsamələrin həcmini M ilə işarə etsək
(6.1)
yaza bilərik.
qəbul etsək, onda
( 6.2)
olar.
(6.2) tənliyi həcmi dəyişməyən qaz yatağının tükənməyə işlənməsinin diferensial tənliyi adlanır.
İşlənmə posesində layın məsaməli həcmi dəyişərsə, onda tənlik aşağıdakı kimi ifadə olunar:
(6.3)
Qaz yataqlarının tükənməyə işlənməsi zamanı aşağıdakı şərtlər ödənilməlidir:
1. İstismar posesi zamanı quyudibi təzyiqinin qiyməti sabit seçilməlidir,yəni P2 = const. Quyu lüləsi ilə qazın yer üzərinə çıxarılmasını və sonrakı nəqli üçün kompessor stansiyalarına ötürülməsini lay enerjisi tənzimləməlidir. Bu baxımdan quyudibi təzyiqinin sabit qiymətinin seçilməsi vacibdir.
2. İstismar quyunun sabit hasilatı, yəni Qq= const şərti daxilində aparılır.
Quyu dibində maye tıxacı, o cümlədən- su, maye kondensat və s. olmadıqda sabit hasilatın qiymətini seçmək mümkündür. Belə hasilat kritik hasilat Qkr adlanır. Quyunun kritik hasilatının Qkr qiymətinin təyini üçün bir çox ifadələr məlumdur.Bu ifadələr quyunun, qazın xassələrindən və lay təzyiqinin qiymətindən asılıdır. Lakin, aparılan təcrübələr göstərir ki, yüksək debitli quyularda qazın hərəkəti zamanı drossel effektinin hesabına onun soyuması baş verir. Bu hadisəyə donmuş qatları olan laylarda da rast gəlmək olur.
Quyu dibində təzyiqin dəyişmə tempi hasilatın yüksək olması nəticəsində artır.
Təzyiqin zamandan asılı olaraq dəyişməsi (6.2) tənliyinin sağ tərəfindən də aydın görünür:
(6.4)
burada - sürəti xarakterizə etdiyi üçün (6.4) ifadəsini aşağıdakı şəkildə yaza biləi:.
( 6.5)
Beləliklə, belə nəticəyə gəlmək olur ki,hətta qərarlaşmış rejimdə (yəni, ), sürətin qiymətindən asılı olaraq, təzyiqin dəyişmə tempi çox böyük ola bilər.
Yüksək hasilat nəticəsində qazın sürətinin çox böyük olmasına qaz-kondensat yataqlarında daha çox təsadüf edilir. Böyük sürət quyudibi zonada maye kondensatın çökmə dərəcəsini artırır . Bu zərərli hadisə qazın süzülməsi zamanı yaranan hidravlik müqavimətin artmasına və daha çox lay enerjisi itkisinə səbəb olur.
3. Quyudibində qazın sabit (q= const) sürətinin saxlanması şərti ilə istismar aparılır. Sürətin optimal qiymətinin seçilməsi vacibdir. Çünki,layda qaz böyük sürətlə süzüldükdə, süxur hissəciklərnini quyuya daxil olması, quyudibi zonanın quruluşunda pozulma halları, qum tıxacının yaranması və s. kimi zərərli hadisələrin baş verməsi qaçılmazdır.
Dostları ilə paylaş: |