1.2. Süzülmə. Süzülmə sürəti və onun həqiqi sürətlə əlaqəsi
Məsaməli mühitdə maye, qaz və onların qarışıqlarının müəyyən təzyiqlər fərqində hərəkəti süzülmə adlanır. Süzülmənin əsas xarakteristikası süzülmə sürətidir . Süzülmə hadisəsini öyrənərkən məsamələrin forma və ölçülərini nəzərə almayib, süxurun bütün en kəsiyindən maye axdığını qəbul etmək olar. Onda süxurun en kəsiyindən axan maye sərfi həqiqi sərfə ,yəni məsamələrdən axan sərfə bərabər olacaqdır. Deməli, mayenin həqiqi axını fiktiv süzülmə axını ilə əvəz edilir.
Süxurun vahid en kəsik sahəsinə ( F ) düşən maye sərfi ( Q ) süzülmə sürəti ( ) adlanır:
(1.3)
Tutaq ki, məsaməli mühitdə “M” nöqtəsi verilmişdir . “M” nöqtəsindən elementar F sahəsi keçirək və hesab edək ki, bu elementar sahədən vahid zamanda kütləsi M olan maye keçir.F sahəsinə normal xətt üzrə təsir edən U vektorunun poyeksiyası aşağıdakı kimi olacaqdır
(1.4)
Şək. 1.1.Məsaməli mühitdən keçən maye kütləsi.
Burada - mayenin sıxlığıdır.
Sıxılan maye olduqda mayenin kütləsi, və yaxud maye sıxılmayan olduqda isə həcmi məsamələrin sahəsinə deyil, tam sahəyə bölünür.
Beləliklə,vahid zamanda məsaməli mühitin vahid sahəsindən keçən mayenin kütlə və ya həcmi, uyğun olaraq kütlə sərfi- G, həcmi sərf isə - Q aşağıdakı kimi ifadə olunar.
(1.5)
Süzülmə sürətinin modulu isə
və ya (1.6)
olar.
Aşağıdakı misallarda süzülmə sürəti daha geniş izah olunur:
Fərz edək ki, diametri d olan silindr şəkilli süxur nümunəsindən vahid zamanda sıxılmayan maye keçir və bu mayenin həcmi sərfi Q-dür. Süzülmə sürəti üçün
= (1.7)
yazılar.
İndi isə qalınlığı h, radiusu R1 olan dairəvi silindr (yəni lay) daxilindən mayenin süzülməsinə baxaq.
Şək.1.2.Bir ölçülü radial süzülmə.
Tutaq ki, silindrin mərkəzində radiusu R2 olan dəlik vardır və bu dəliyin daxili səthindən çıxan mayenin sərfi Q olarsa, onda süzülmə sürətinin qiyməti
(1.8)
kimi tapılar.
Yuxarıda deyilir ki, süzülmə zamanı mayenin süxurun bütün en kəsiyindən axdığnıı qəbul etmək olar.
Deməli,süzülmə sürəti həqiqi sürət yox, orta fiktiv sürətdir. Həqiqətdə isə maye yalnız məsamələrdən süzülür. (1.2) ifadəsinə görə süxurun en kəsiyində olan məsamələrin sahəsi
dir.Aralıq əmsalının qiymətini təcrübədə düzgün təyin etmək mümkün oımadığı üçün bu, məsaməlik əmsalı ( m ) ilə əvəz edilir. Onda əsil süzülmə baş verən boşluqların sahəsi
=
olar və - in qiymətini (1.7 ) və ( 1.8 ) ifadələrində yerinə yazsaq, yuxarıda baxılan hər iki hal üçün həqiqi sürət aşağıdakı kimi tapılar:
və (1.9)
Məsaməlik əmsalı m 1 olduğundan həqiqi sürətin qiyməti də u olar.Beləliklə,həqiqi sürət süxurun tam sahəsi F üzrə tapılmış orta süzülmə sürətinin qiymətindən böyük olacaqdır.
Dostları ilə paylaş: |