Δ(J,pn) = bn-an burada Δ(J,pn) kəmiyyətini J(u)ϵQ funksiyasının
minimallaşdırma məsələsinin pnϵP metodu ilə həlli xətası kimi qəbul etmək olar.
(2) ifadəsindən Δ(J,pn) nə qədər kiçik olsa, bir o qədər -un yaxınlaşması
daha yaxşı və yaxın olmasının təyini üçün u1....un nöqtələrinin seçmə qaydası
məlum olmalıdır, hansıdakı funksiyanın minimallaşdırılmasını hesablayırlar.
Burada iki tipdə metod vardır: passiv metodlar, ardıcıl metodlar.
1) Əgər pn metodunda bütün u1.....,un nöqtələr eyni zamanda hesabatın əvvəlində seçilirsə və sonra dəyişilmirsə belə metod passiv metod adlanır.
2) Əgər pn metodunda u1....un nöqtələri ardıcıl ayri-ayri hissələrlə (porsiyalarla) secilərsə, hər porsiyanı seçərkən özündən əvvəlkinin hesabatının nəticəsi nəzərə alınarsa və mümkün lokallaşdırma parçası dəqiqləşdirilirsə, onda belə metod ardıcıl metod adlanır.
Ardıcıl metoda misal olaraq: parçanın tən yarıya bölünməsi, qızıl kəsik metodları demək olar.
Passiv metodu ardıcıl metodun xüsusi halı kimi götürmək olar, nə vaxtki
bütün n nöqtələr 1-ci porsiyadan seçilir. Buna görədə ardıcıl metod daha dəqiqdir. Ancaq demək olmaz ki bu passiv metodun tədbiqi yoxdur. Bu metodla hesabatlar kompyuterlə və ya EHM-la aparılır və o haldaki funksiyanın minimallaşdırılması fiziki eksperimentlə təyin edilir.
Dostları ilə paylaş: |