U çoxluğunda J(u) funksiyasının ekstremumunun tapılması məsələsi ekstremal məsələlər adlanır. Qeyd edek ki U çoxluğunda J(u) funksionalın maksimumun tapılması məsələsi -J(u)- nun funksionalının həmən çoxluqda U-da minimumunun tapılması ilə ekvivalentdir. Buna görə də belə məsələlərdə minimallaşdırma məsələsi ilə kifayətlənirlər.
Son zamanda “ekstremal” məsələlər nəzəriyyəsi fundamental nəticələrlə zənginləşib, yeni bölmələri meydana gəlib. Beləki, xətti proqramlaşdırma, qeyri xətti proqramlaşdırma, dinamik proqramlaşdırma , optimal idarəetmə və başqaları yaranıb.
Praktikanın (təcrübələrin) tələbinə görə ekstremal məsələlərin təqribi həlləri metodları geniş inkişaf etdi.
EHM yaranışı bir çox çətin tətbiqi ekstremal məsələlər effektiv həllərini tapdi,hansıki oz cətinliyinə gorə həll etmək mumkun deyildi
1.3. Qoyulmuş məqsədə çatmaq ucun istiqamətlənmiş bütün hərəkətlərin cəminə əməliyyatlar deyilir.Bu məqsədə catmaq ucun iştirak edənlərə əməliyyatçı tərəf (yaxud əməliyyatçı, nəzarətçi , tədqiqatçi )deyilir.Əməliyyatların son məqsədinə çatmaq uçun nəzarətçi tərəfdə (əməliyyatçıda ) olan faktorlar kontrol (nəzarət) olunan adlanır. Əməliyyatçılar tərəfindən nəzarət olunmayan faktorlar kontrol olunmayan faktorlar adlanır. Əməliyyatçılar tərəfindən yalnız bir əməliyyat tədqiqatcısı seçilir və bütün tədqiqatların ən yaxşısı (variantını) nəticə kimi seçir.
Dostları ilə paylaş: |