Faza trayektoriyası və qeyri-xətti sistemin dayanıqlığı
Qeyri-xətti tənzimləmə proseslərinin mürəkkəbliliyinin əyani göstərilməsi və onun səmərəli tədqiqinin təmin edən üsulların yaradılması üçün faza fəzası anlayışından istifadə olunur. Bu məqsədlə qapalı tənzimləmə sistemini xarakterizə edən n-tərtibli diferensial tənlik n-sayda birtərtibli diferensial tənliklə əvəz olunur.
= ( , ,..... ,f , g); (5.3)
= ( , ,..... ,f , g);
Bu tənliklər üçün t=o olduqda başlanğıc şərtlər.
= , = , ..... =
və
, , ..... zamanın funksiyası kimi axtarılan dəyişənlərdir. Qeyd etmək lazımdır ki, bu dəyişənlərdən biri (məsələn ) tənzim olunan çıxış kordinatı qalanları isə köməkçi aralıq dəyişənləri kimi iştirak edir. F və g həyəcanlandırıcı və tapşırıq təsirləridir. Tutaq ki, yuxarıdakı (5.3) tənliklər sistemi üçtərtiblidir (yıni n=3) . , ,... dəyişənləri fiziki təbiətinə görə müxtəlif kəmiyyətlər olduğuna baxmayaraq onlar düzbucaqlı kordinat sisteminin hər hansı M nöqtəsinin koordinatları kimi qəbul edilə bilər.
Real tənzimləmə posesində bu kəmiyyətlər zamanın istənilən anında müəyyən konkret qiymətlər aldığından , M nöqtəsi də fəzada buna uyğun müəyyən vəziyyət tutacaqdır (şəkil 5.2)