Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə100/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   137
HRM 2021 yaz semestr

Brifinq.

Brifinq yalnız bölmə işçiləri arasında informasiyanın yayılması üçün aparılmır, həm də brifinqdə menecer öz tabeçiliyində olanlara kompaniya qarşı sədaqə, şərik və təhlükəsizlik hisslərini aşılamağa istiqamətlənir. Brifinq menecerə kompaniyanın fəaliyyət qayda və qanunlarını öz tabeçiliyində olanlara xatırlatmaq, qəbul edilən qərarları izah etmək imkanı verir. Çox təəssüf ki, menecerlər adətən, yalnız böhran vəziyyətində brifinqi yığmaqda zəhvə yol verirlər. Həqiqətdə, brifinq işlər pis getdikdə deyil, müntəzəm olaraq (yaxşı olar ki, qabaqcadan bərabər müəyyən olunmuş zaman intervallarında) aparılmalıdır.

Bu cür yığıncaqlar qısa olmalıdır və əhatə etməlidir:


  • həmin anda işin əldə edilmiş nailiyyətlərə dair qısa məlumat;

  • bölmə rəhbərlərinin cari problemlərə dair fikirləri;

  • gələcək fəaliyyət üçün təkliflərin (mütləq əsaslandırılmış) qısa icmalı.

Brifinq üçün uyğun mövzular işin qayda və şərtlərində təklif edilən dəyişikliklər, heyətin yerdəyişməsi və ya vəzifədə irəli çəkilməsi, yeni üsulların tətbiqinin nəticələrinin icmalı, sosial müdafiə və istirahət üçün malik olan imkanların təfsilatı, həmçinin, qonşu bölmələrdə məhsuldarlığın artması nümunələri və təcrübələri ola bilər. Brifinq əmək haqqı səviyyəsi və muzd şəraiti kimi mühüm məsələlərə dair kollektiv müqavilələrin maddələrinə baxılması üçün uygun vasitə deyildir. Brifinqin əsas məqsədi qəbul edilmiş qərarları tabeçilikdə olanları məlumatlandırmaq və izah etməkdir. Öz-özlüyündə qərarların qəbul edilməsi digər prosedurları tələb edir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin