Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


İnsan resurslarının idarə olunmasında intizam anlayışı. İnsan resurslarının idarə olunmasında intizam sisteminin formalaşdırılması mərhələləri



Yüklə 409,21 Kb.
səhifə108/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   137
HRM 2021 yaz semestr

İnsan resurslarının idarə olunmasında intizam anlayışı. İnsan resurslarının idarə olunmasında intizam sisteminin formalaşdırılması mərhələləri.

Çox insan nə olduğunu bilməsə də, intizamın önəmli olduğuna inanır. Çoxumuz şüurlu ya da şüursuz şəkildə intizam hadisəsinin içindəyik. Cəmiyyəti meydana gətirən fərdlər müxtəlif yollarla nizama salınırlar. Çünki cəmiyyətdə çoxlu sayda fərqli məqsədlərdə və fərqli böyüklüklərdə olan təşkilatlar fəaliyyət göstərir. Bir məqsədi həyata keçirməyin yolu isə, şüurlu və intizamlı işləməkdir. Bu səbəbdən ailədən hökümətə, kömək dərnəklərindən beynəlxalq təşkilatlara qədər hər qurum intizamı təmin etmək üçün qaydalar müəyyənləşdirir və düzəlişlər həyata keçirir. Fərd olaraq içində yaşadığımız cəmiyyət çoxlu təşkilatlardan meydana gəldiyi üçün, bu təşkilatların qayda və düzəlişləri bizi əhatəsinə alır.

İntizam anlayışına fərdi və təşkilati cəhətdən yanaşmaq olar. Fərdi cəhətdən intizam, fərdin məqsədlərinə çatması üçün özünü qaydaya salmaq cəhdləridir. Təşkilati cəhətdən intizam isə, arzuolunmaz davranışlardan uzaqlaşmağa və düzgün davranışları həyata keçirməyə yönəlmiş prinsip, qayda və qanunların toplusudur. İntizam yaratmaq təlim, nizam formalaşdırmaq və ya nəzarətdə saxlamaq kimi də qiymətləndirilə bilər.

Təşkilatı intizamı fərdi intizamdan ayıran əsas fərq intizamı formalaşdıranla intizamın tətbiq olunduğu şəxsin bir-birindən ayrılmasıdır. Bütün təşkilat (ailə, məktəb, bələdiyyə, idman klubu və s.) idarəçiləri təşkilatlarının ən qısa yoldan məqsədlərinə çatmalarını həyata keçirmək üçün üzvlərinin arzuolunmaz davranışlarını nəzarətdə saxlamağa cəhd göstərməlidir. Bu cəhdlər intizam tədbirlərini meydana gətirir.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin