Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə109/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   137
İntizam tələb edən səbəblər

Müəssisələrdə rəhbər işçidən mühafizəçilərə qədər fərqli statuslara sahib olan işçilər işləyir. İşçilər təşkilati məqsədlərə təsirli və məhsuldar şəkildə çata bilmək üçün cəhdlərini uyğunlaşdırılmış şəkildə birləşdirməlidirlər. Müəssisələr təşkilati məqsədlərinə çatmağa çalışarkən, işçilər də fərdi məqsədlərinə çatmağa çalışacaqlar. Müəssisə rəhbərlərinin vəzifəsi müəssisənin məqsədləri ilə fərdlərin məqsədləri arasında uzlaşma yaratmaqdır. Bu uzlaşmanı həyata keçirmək asan deyildir. Elə olur ki, işçilərin məqsədləri ilə müəssisənin məqsədləri toqquşur. Belə vəziyyətlərdə önəmli olan müəssisənin məqsədləridir. Çünki müəssisənin məqsədlərinə çatması uzun dövrdə fərdlərin də məqsədlərinə çatması mənasına gəlir. Məqsədləri müəssisənin məqsədləri ilə uyğun olmayan işçilərdən davranışlarını düzəltmək gözlənilir. Rəhbərlik tərəfindən bu məqsədlər üçün işçi nizam-intizama tabe edilir.

Rəhbərlik təşkilati məqsədlərə təsirli və məhsuldar şəkildə çatmaq üçün işçilərin tabe olmalı olduğu qaydaları müəyyənləşdirir. Hərdən elə olur ki, bəzi işçilər bu qaydalara əməl etmirlər. İşçilərin qaydalara əməl etməməsi fərqli səbəblərdən ola bilər. Bu səbəblər əsasən aşağıdakılardır:


  • Qaydalardan xəbərsiz olmaq.

  • Qaydaları səhv başa düşmək.

  • Diqqətsizlik.

  • Məsuliyyətsizlik.

  • Qəsdən eləmək.

  • İş ambisiyaları.

  • Motivasiya çatışmazlığı.

  • Stress.

Qayda və düzəlişlərə tabe olmayanları özbaşına buraxmaq müəssisədə uyğunluğun pozulmasına və qarışıqlığa səbəb olar. Belə hallar olduqda bu işçidən davranışlarını düzəltmək tələb olunmalıdır.

“Müəssisələrdə kim və nə vaxt intizama tabe edilməlidir?” sualına gəldikdə isə, işçinin intizama məruz qalması üçün aşağıdakı şərtlərə sahib olması lazımdır:



  • Ondan necə davranış tələb olunduğunu bilməlidir.

  • Ondan gözlənilənləri həyata keçirə biləcək keyfiyyətlərə sahib olmalıdır.

  • Qəsdən ondan tələb olunan davranışlardan kənarlaşmış olmalıdır.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin