Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə11/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   137
HRM 2021 yaz semestr

Heyət üzvü (lat. persona) – 1) şəxs, şəxsiyyət: 2) mühüm şəxs; Beləliklə, sözün əsas mahiyyəti ondan ibarətdir ki, heyətin səmərəli idarə edilməsi üçün hər bir əməkdaş mühüm şəxs, şəxsiyyət kimi qəbul edilməlidir. Heyətə təsir edən və təşkilatda əməyin təşkili və bölgüsü ilə əlaqəli olan amilləri iqtisadi-təşkilati, idarəetmənin inzibati tərəfi ilə əlaqəli olan amilləri inzibati-idarəetmə, təşkilatda insanların və texnikanın qarşılıqlı təsir xüsusiyyətləri ilə əlaqəli olan amilləri texniki-texnoloji, əmək sahəsinin müasir qanunvericiliyinin tətbiqi ilə əlaqəli olan amilləri hüquqi amillər adlandırırlar. Heyətin strukturu statistik və analitik formada ola bilər. Heyətin statistik strukturu onun bölgüsünü və hərəkətini fəaliyyət və vəzifə növləri üzrə məşğulluq nöqteyi-nəzərindən əks etdirir. Heyətin peşəkar seçimində əvəz edilmə prinsipinin mahiyyəti təşkilatın daxili əmək yerdəyişməsini həyata keçirməsindən ibarətdir. Heyətin adaptasiyası təşkilatın xarici və daxili mühitinin dəyişməsinə kollektivin uyğunlaşması prosesidir. İşçilərin adaptasiyasının mahiyyəti fərdin iş yerinə və əmək kollektivinə uyğunlaşmasından ibarətdir. Əməkdaşların müvəffəqiyyətli adaptasiyasının əsas şərtlərindən biri təşkilatın fəaliyyəti ilə əməkdaşların fəaliyyətinin norma və dəyərlərinin maksimal olaraq üst-üstə düşməsidir. Adaptasiyanın istehsaldan kənar, peşəkar, sosial-psixoloji, inzibati-təşkilati, iqtisadi növləri mövcuddur. Şərti olaraq adaptasiya (uyğunlaşma) prosesinin göstəricilərinin səviyyəsini və uzunmüddətliliyini obyektiv və subyektiv qruplara ayırmaq olar. Heyətin təlimi işçilərin bilik, vərdiş və bacarıqlara yiyələnməsinin planlı və sistematik prosesi ilə əlaqədardır.

İdarəetmə – müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsini, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını təmin edən qərarların hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi məqsədilə məlumatların yenidən emalı prosesidir. İdarəetmə - təşkilatın məhsuldar həyat fəaliyyətini təmin edən daxili hərəkətverici qüvvəsidir. İdarə etmə - planlaşdırma, təşkil etmə, koordinasiya, motivasiya və nəzarət kimi funksiyalar vasitəsilə həyata keçirilir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin