Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə113/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   109   110   111   112   113   114   115   116   ...   137
HRM 2021 yaz semestr

Qaydaların qoyulması

İntizam qaydaları müəsissənin təsirli və məhsuldar şəkildə işləməsi üçün hazırlanır. İşçilərin fərdi fəaliyyətləri qaydalar yolu ilə yönləndirilir və təşkilati məqsədlərlə uzlaşdırılır. Rəhbərlik qaydalar yolu ilə işçilərdən tələb etdiyi davranışları müəyyənləşdirir. İşçilər də qaydalara uyğun olaraq nəyi edib, nəyi edə bilməyəcəyinə qərar verirlər.

İntizam sistemində qaydalar cəzalandırmaya əsas olsun deyə qoyulmur. Məsələn, yanıcı materialların olduğu müəssisədə qoyulan “siqaret çəkmə” qaydasının məqsədi işçilərə əziyyət vermək deyildir. Qaydanın qoyulmasındakı məqsəd işçilərin, müəssisənin və ətraf mühitin təhlükəsizliyini təmin etməkdir. İntizam sistemində cəza məqsəd yox, vasitə olmalıdır. Cəza sadəcə işçilərin qaydalara uyğun davranışlar həyata keçirmələrini təmin edən vasitədir. Qaydalar ehtiyaclardan yaranır. Hazırlanan qaydanın birbaşa ya da dolayı yolla təşkilati proseslərə fayda verməsi lazımdır. Əks halda qaydalar lazım olur.

Hazırlanan qaydanın keçərliliyi onun davamlı olması ilə bağlıdır. Bəzən yarana biləcək xüsusi hallar üçün qısamüddətli qaydalar qoyulsa da, qaydalar əsasən uzunmüddətli olur. Belə olmasa hansı qaydanın nə qədər davam edəcəyi məsələsi bilinməyəcək və qarışıqlıq yaranacaqdır.

Qaydalarda uzunmüddətliyin əsas prinsip olması onların toxunulmaz olması kimi başa düşülməməlidir. Qaydalar da bir müddət sonra köhnəlir, istifadəyə yararsız olur və ləğv olunur. Bir qaydanın ləğv olunması vaxtının gəldiyini artıq onun lazımsız olması və təşkilati məqsədlərə cavab vermədiyi göstərir. Dövlət qanunlarda baş verən yeni dəyişikliklər, yeni kollektiv sazişlər, müəssisələrin siyasətlərində, intizam anlayışında və istehsal texnologiyasında müşahidə olunan dəyişikliklər və işçilərin təhsil səviyyəsindəki yüksəlişlər bəzi qaydaların dəyişdirilməsinə ya da tamamilə ləğv edilməsinə səbəb olur.

Qaydalar başa düşülən və yazılı olmalıdır. İfadəsi düzgün olmayan, başa düşülməyən ya da başa düşülməsi üçün xüsusi izahatlara ehtiyac olan qaydalar öz məqsədinə çatmayacaqdır. Bu cür qaydalar işçilər və rəhbərlik arasında anlaşmazlıqlara səbəb olacaqdır. Məsələn, “etiraz qəbul olunmur” kimi qanunun olduğunu düşünsək, hansı etirazdan söhbət getdiyi, hansı vəziyyətlərin etiraz hesab olunduğu kimi məsələlər öz əksini dəqiq şəkildə tapmalıdır.

Qaydaların formalaşmasında ifadənin düzgünlüyü və müsbət yanaşma əsas olmalıdır. Məsələn, “diqqətsiz olma” yerinə “əsas təhlükəsizlikdir” ifadəsi daha düzgündür.

Qanunlar millətin və müəssisənin mühitinə, işçilərin adət-ənənələrinə uyğun olmalıdır.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin