Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə15/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   137
HRM 2021 yaz semestr

HRM konsepsiyasının inkişafı.

HRM – müəssisənin daha qiymətli aktivlərinin, yəni təşkilati məqsədin əldə olunmasında fərdi və kollektiv şəkildə kapitallarını qoyan insanların idarə olunmasına strateji və tam yanaşmadır.

HRM-in strateji konsepsiyasının əsasını onun strateji təbiətini, kadr və təşkilati strategiyalarının birləşməsinin zəruriliyini əks etdirən fəlsəfəsinin əsas anlayışları təşkil edir. İngilis təşkilati fəlsəfəsi millətin ənənəvi dəyərlərinə əsaslanır.

Müəssisədə insan resurslarının idarə edilməsi fəlsəfəsinin xarakteristikaları “yüksək rəqabət, işçilər üçün aşağı zəmanət, əməyin nəticəyə görə ödənilməsi, işçilərin fərdi mükafatlandırılması”dır. Bu Amerika müəssisələrinə məxsusdur.

Heyətin idarə edilməsi konsepsiyasında heyətin idarə edilməsi metodologiyasının işlənilib hazırlanması, heyətin idarə edilməsi sisteminin formalaşması, heyətin idarə edilməsi texnologiyasının hazırlanması əks olunur.

Mənbələr

“HRM-ə mülayim yanaşma”nın əsas fəlsəfəsi qismən Makqreqorun (McGregor, 1960) tədqiqatında əsaslandırılmışdır. Trassanın (Truss, 1999) sözlərinə görə, o, idarəetmə nəzarəti formalarını təsvir etmək üçün öz terminologiyasında “sərt” və “mülayim” kimi xarakteristikalardan faktiki istifadə etmişdir. Uoltonun (Walton, 1985) fikrincə, Makqreqorun X nəzəriyyəsinin mahiyyəti “nəzarət” idarəetmə modelinin təsvirindən ibarətdir, onun Y nəzəriyyəsi qarşılıqlı cəlbetmə prinsipinə əsasən, təşkilatın məqsədinin və işçilərin fərdi tələbatının uyğunluğunun mühümlüyünü nəzərdə tutur. Tam şəkildə HRM konsepsiyası 80-ci illərin ortalarında Paskal və Atos (Pascale and Athos, 1981), həmçinin Peters və Vuoterman (Peters and Waterman, 1982) kimi alimlərin kitablarında müvəffəqiyyət əldə etmiş kompaniyaların xarakteristikalarında öz əksini tapırdı.

Beləliklə, HRM konsepsiyasının inkişaf prosesini üç əsas mərhələyə ayırmaq olar:


  1. 80-ci illərdə amerikan müəlliflərinin işləyib hazırladıqları başlanğıc ideyalar.

  2. 80-ci illərin sonu və 90-cı illərin əvvəlində britaniyalı müəlliflər tərəfindən bu ideyaların sonrakı inkişafı. Bu prosesin nəzəri ideyalarının praktiki olaraq həyata keçirilməsinin mümkünlüyünə şübhəli münasibətlər az meydana çıxmırdı.

HRM konsepsiyasının heyətin ənənəvi idarəetmə sisteminə tətbiqi.

İnsan resurslarının idarə edilməsi konsepsiyasının prinsipləri:

  • İnsanlar - təşkilatın səmərəliliyi və rəqabət qabiliyyətliliyinin həlledici amili, əlavə dəyərin əsas mənbəyidir.

  • İnsan resurslarının idarə edilməsinə strateji yanaşmaya istiqamətlənmə;

  • İnsan resurslarının formalaşması və inkişafında investisiyaların iqtisadi məqsədəuyğunluğunu qəbul etmək;

  • İdarəetmədə sosial partnyorluq və demokratlaşma;

  • əməyin zənginləşdirilməsi və iş dövrünün artırılması;

  • insan resurslarının müntəzəm təhsili və inkişafı;

  • insan resurslarının idarə edilməsinin ixtisaslaşması.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin