Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə16/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   137
HRM 2021 yaz semestr

HRM-ə sərt yanaşma kəmiyyət, ölçü və strateji baxımdan işçi qüvvəsi sayının idarə edilməsinə əsaslanır və istənilən digər iqtisadi amillərə tətbiq olunan “rasional” üsullarla həyata keçirilir. Bu cür biznes yanaşma fəlsəfəsi insanların idarə olunmasında müəssisənin rəqabət üstünlüyünün formalaşmasına və əlavə dəyərin yaradılmasına səbəb olan üsulun zəruriliyini qeyd edir. Həm də nəzərə almaq lazımdır ki, insanlara, onun inkişafına zəruri investisiya qoymaqla arzu olunan gəliri təmin edə bilən insan kapitalı kimi baxılır.

Fombrun və onun həmmüəllifləri (Fombrun et al, 1984) öz tədqiqatlarında işçilərə birbaşa tərif verərək, onları “menecerin əlində aparıcı resurs” kimi qiymətləndirmişlər.

Stori (Storey, 1989) HRM-ə sərt və mülayim yanaşmalar arasında fərqləri açıb göstərmişdir.

Sərt yanaşma aşağıdakı cəhətləri nəzərdə tutur:



    • rəhbərliyin marağının təmin olunması;

    • müəssisənin strategiyası ilə uzlaşan strateji yanaşmanın reallaşdırılması;

    • insan resurslarının inkişafı və əməyin səmərəli idarə olunması sayəsində əlavə dəyərin yaradılması;

    • müəssisənin missiya və dəyərlərində ifadə olunan və kommunikasiya prosesləri, əməyin təlimi və səmərəli idarə olunması ilə möhkəmlənən güclü korporativ mədəniyyətə tələbat.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin