Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə24/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   137
HRM 2021 yaz semestr

HRM-in funksiyaları. HRM-in müxtəlif funksiyaları arasında aşağıdakıları ayırmaq olar:

    • insan resurslarının tələbatlarının proqnozlaşdırılması, cari və perspektiv planlaşdırılması, insan resurslarının marketinqi;

    • insan resurslarının keyfiyyət və kəmiyyət tərkibinin peşəkar-ixtisas və sosial-demoqrafik strukturlar üzrə təhlili, müəssisədə kadr monitorinqi və kadr auditi;

    • İşçilərin seçimi və sənət seçimi;

    • İşçilərin işə götürülmə, yerləşdirilmə, yerdəyişməsinin həyata keçirilməsi;

    • Peşəkar, sosial və psixoloji adaptasiya və istiqamətləndirmə proseslərinin təşkili;

    • Iş yerləri, iş vaxtı və əmək şəraitinin təhlili və layihələşdirilməsi;

    • Əməyin nəticələrinin qiymətləndirilməsi və işçilərin attestasiyasının aparılmas;

    • Kadr ehtiyatının formalaşması və onlarla iş;

    • İnsan resurslarının korporativ inkişaf proqramının işlənib hazırlanması və reallaşdırılması;

    • Əmək münasibətlərinin tənzimlənməsi, sosial partnyorluğun inkişafı, firmanın işinə işçilərin cəlb edilməsi;

    • Münaqişə və əmək mübahisələrinin diaqnostikası və həll edilməsi;

    • Karyeranın planlaşdırılmasının idarə edilməsi və əməkdaşların peşəkarcasına irəli çəkilməsi;

    • Sosial proqramların işlənilib hazırlanması və reallaşdırılması;

    • Kollektivdə psixoloji mühitin yaxşılaşdırılmasına dəstək və təşkilati mədəniyyətin idarə edilməsi;

    • Əməyin ödənilməsinin təşkili və stimullaşdırılması, mənfəət, mülkiyyət və kapitalda iştirak siyasətinin reallaşdırılması (qeyd edək ki, əməyin ödənilməsinin ən səmərəli ödəniş forması iki həftədən bir ödənilən əmək haqqıdır);

    • HRM-in səmərəliliyinə nəzarət;

    • HRM-in məlumat-kargüzarlıq təminatı;

    • İxtisar olunma və işdən çıxarılmanın idarə edilməsi.

Beləliklə, HRM bir-biri ilə qarşılıqlı əlaqədə olan müəyyən, istiqamətlənmiş funksiyaların yerinə yetirilməsi prosesində həyata keçirilir və müəssisədə HRM-in strukturunu təyin edən tam funksional sistemi əmələ gətirir (şəkil 3.1). Strukturlar adətən, təşkilati sxem şəklində təsvir olunur.

Firmanın strategiyası Firmanın nizamnaməsi

Təşkilati struktur Təşkilati mədəniyyət




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin