Funksional təşkilati struktur – funksional əmək bölgüsü və funksional ixtisaslaşma olduqda formalaşır.
Funksional təşkilat
İstehsal şöbəsi
Şəkil 3.2. Funksional təşkilatın sxemi.
Təşkilatın HRM strukturu əsasən, onun fəaliyyəti, ölçüsü (böyüklüyü), inkişaf strategiyası, kadr siyasəti, maliyyə imkanları ilə xarakterizə olunur. Kiçik müəssisələrdə HRM ümumi rəhbərliyin funksiyasıdır. Orta müəssisələrdə HRM funksiyasını xətti rəhbərlər yerinə yetirir və ya onların realizasiyası üçün böyük olmayan funksional bölmələr yaradılır. Baxılan hər iki variantda kadr funksiyalarının tərkibi sabit qalır, belə ki, onların yerinə yetirilməsinin əmək tutumu, hüquq və öhdəliklərinin bölgüsü dəyişir (şək. 3.2 və şək.3.3)
İri müəssisələrdə HRM üzrə sektorların, şöbələrin mürəkkəb daxili strukturuna malik olan müstəqil funksional xidmətləri yaradılır və konkret kadr funksiyalarına nəzarət edir. Xidmətin tərkibində ixtisaslaşmış mütəxəssislər – insan resursları üzrə menecerlər, psixoloqlar, hüquqşünaslar, iqtisadçılar, sosioloqlar və s. işləyir (şəkil 3.5)
Dostları ilə paylaş: |