Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


İnsan resurslarının idarəedilməsi fənninin əsas anlayışları



Yüklə 409,21 Kb.
səhifə3/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   137
HRM 2021 yaz semestr

İnsan resurslarının idarəedilməsi fənninin əsas anlayışları. Bu fənnin tam mahiyyətini izah etmək üçün əvvəlcə istifadə olunacaq əsas anlayışları və terminləri müəyyən etmək lazımdır. Əvvəlcə, “işçi qüvvəsi”, “əmək bazarı” “əmək resursları”, “kadrlar”, “heyət”, “insan resursları” və s. əsas anlayışların mahiyyətini öyrənək.

Əmək bazarı - tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əmək şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir.

Əmək bazarının əsas səciyyəvi xüsusiyyəti əsasən, orada təqdim olunan əmtəənin xüsusiyyəti ilə müəyyən olunur. Əmək bazarında əməyin özü deyil, onun, bir çox kəmiyyət və keyfiyyət amillərindən (işçinin peşə hazırlığı səviyyəsindən, onun ixtisas­laş­ma­sından, vicdanlılığından, təcrübəsindən və s.) asılı olan xidmətləri satılır. Əmək xidmətlərinin alqı-satqısı sərbəst işçinin müəyyən şərtlər (iş gününün davamlılığı, əmək haqqının məbləği, vəzifə öhdəlikləri və s.) daxilində muzdla işə qəbul olunması formasında çıxış edir. İşçinin işə qəbulu zamanı işəgötürən (dövlət, sahibkar) satıcının (əməyin satıcısı) əməyini deyil, əməyin xidmətindən istifadə hüququnu alır, əməyin sahibi isə, muzdlu işçi olaraq qalır. Buna görə də, ümumi qəbul olunmuş “əmək bazarı” terminini əslində “əmək xidmətləri bazarı” kateqoriyası kimi görmək lazımdır. Bunu dərk etdikdən sonra, “əmək bazarı”, ”əməyin təklifi” “əməyə tələb” kateqoriyasını işlədərkən burada əmək deyil, əmək xidmətlərinin nəzərdə tutulduğu aydın olur. Dövlətin müdaxiləsinə görə, əmək bazarını liberal və tənzimlənən əmək bazarlarına ayırırlar. Liberal əmək bazarı dövlətin nisbətən az, tənzimlənən əmək bazarı dövlətin nisbətən çox təsiri ilə fərqlənir.

Əmək bazarında tələb, bütün digər resurs və ya istehsal amilləri bazarında olduğu kimi, törəmədir və bu istehsal amilinin köməyi ilə istehsal olunacaq məhsula olan tələbdən asılıdır. Bununla əlaqədar əmək bazarını aşağıdakı xüsusiyyətlər qabaqcadan müəyyən edir:

1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin