Menecmentdə rəhbərlik anlayışına baxış. Rəhbər–hüquqi hakimiyyət verilmiş, rəsmi səlahiyyət əldə etmiş şəxsdir. Rəhbərə hakimiyyət yalnız təşkilatı idarə etmək, bununla bağlı idarəetmə qərarlarını qəbul etmək üçün verilir. Rəhbərlik müvafiq qanunvericilik və dövlət qərarlarına, müəssisənin nizamnaməsinə, əsasnaməsinə, müəyyən edilmiş daxili qaydalara əsasən verilmiş səlahiyyətlərin tətbiqi ilə kollektivin idarə olunmasıdır.
Rəhbər müəssisənin idarə edilməsində mərkəzi fiqurdur. Rəhbərin təsir sahəsi genişdir. O, müəyyən subardinasiya və reqlament daxilində ətraf mühitlə əlaqə saxlayır, başqa təşkilatlarda öz qrupunu təmsil edir.
Rəhbərlərlə liderlərin oxşar cəhətləri vardır:
1. Qarşıya məqsəd qoymaq (yəni məqsədlər sisteminə malik olmaq).
2. Kollektivi və ya qrupu yaratmaq.
3. Qərar qəbul etmək.
4. Kollektivdə nüfuza malik olmaq.
5. Təmsil olunduğu qrup və ya kollektivdə etik prinsiplərə riayət etmək.
Rəhbərlik və liderlik anlayışlarını bir-birindən fərqləndirmək də lazımdır. Onların fərqli cəhətlərinə aşağıdakıları aid etmək olar:
Rəhbər rəsmi surətdə təyin olunur və ya seçilir, lider isə kollektivdə özünü qeyri-rəsmi surətdə təqdim edir və ya qəbul olunur;
Rəhbərdə idarəçilik bacarıqları mövcud olur, lider isə ətrafında komanda yaradıb, onları öz arxasınca aparmaq qabiliyyətinə malik olur;
Rəhbərlərin idarəçilik fəaliyyətində inzibatçılıq, maddi və mənəvi həvəsləndirmə, nəzarətçilik xüsusiyyətləri daha çox nəzərə çarpır. Liderlərin isə fəaliyyətində psixoloji təsirlər, ruh yüksəkliyinə, vədlər verməyə, inandırmağa daha çox üstünlük verir;
Rəhbərin təsir sahəsi genişdir. O, makromühitlə əlaqə saxlayır, bu zaman öz müəssisəsini təmsil edir. Liderin isə təsir sahəsi məhduddur. Onun təsir sahəsi yalnız mikromühit səviyyəsində qrupdaxili münasibətlərlə məhdudlaşır. Lakin bəzən makromühitlə də əlaqəsi baş verə bilir;
Rəhbər işçilərə qanunla müəyyən edilmiş sanksiyalar tətbiq etmək hüququna malikdir. Lider isə sanksiyalar sisteminə malik deyildir.
Müəssisə və təşkilatların rəhbərləri yüksək savada, xüsusilə təşkilatın fəaliyyət sferasına, iqtisadi, hüquqi, texniki və digər sahələrə dair nəzəri və təcrübi biliklərə malik olmalıdırlar.
Rəhbərlərin şəxsi keyfiyyətlərinə onun əxlaqi keyfiyyətləri, peşə keyfiyyətləri, idarəçilik keyfiyyətləri aiddir.
əxlaqi keyfiyyətlərə onun tərbiyəsi, mədəniyyəti, geyimi, etik davranışları, sadəliyi, səliqəsi, intellektual səviyyəsi və s. aiddir.
peşə keyfiyyətinə rəhbərin öz peşəsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olması, təhsili, bu sahədə ixtisaslaşması, təkmilləşməsi, işgüzarlığı və s. aiddir.
idarəçilik keyfiyyətlərinə isə kollektivə qarşı humanistliyi, obyektivliyi, ünsiyyət bacarığı, təşəbbüskarlığı, nitq mədəniyyəti, müdrikliyi, novatorluğu və s. aiddir.
Mövzu 4. İnsan resurslarının idarə edilməsi strategiyası
Qısa icmalı: İnsan resurslarının idarə edilməsi strategiyası. Müəssisə strategiyasının və insan resurslarının idarə edilməsi strategiyasının qarşılıqlı əlaqəsi. İnsan resurslarının idarə edilməsi strategiyasının formalaşması və reallaşdırılması prosesi. İnsan resursları menecerinin kompetensiya (səriştə) modeli və rol strukturu. Menecerin peşəkar fəaliyyətinin əsas növləri. Biznesdə ERP sistemi və onun insan resurslarının idarə edilməsində tətbiqi. İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi.
İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi. İnsan resurslarının avtomatlaşdırılmış idarəetmə sistemləri: kadr kargüzarlığının avtomatlaşdırılması (əməkdaşların kartlarının aparılması, iş vaxtının və davamiyyətin qeydiyyatı, təşkilatın strukturunun və ştat cədvəlinin qurulması, əmək haqqının avtomatlaşdırılmış hesablanması, işçi heyətinin təhlili, şöbələrin və ümumilikdə şirkətin inkişafının müəyyənləşdirilməsi. İşçilərin seçimi və adaptasiyası, kompetensiyaların idarəedilməsi və karyera planlaşdırılmasına, kompensasiyalar və güzəştlərin izlənilməsinə, qəbul olunmuş qərarların səmərəliliyinin qiymətləndirilməsinə, həm standart, həm də sorğu əsasında hazırlanmış hesabatların bir kliklə yaradılması, müxtəlif faktorlar arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi, cədvəl və sxemlər vasitəsilə məlumatın vizuallaşdırılması. İntranet - sosial şəbəkə. İnsan resurslarının səmərəli idarə edilməsi, onların performas qiymətləndirilməsi üçün əməkdaşlara dair məlumatların müəyyən elektron sistemdə yerləşdirilməsi. İşə qəbul proseslərinin avtomatlaşdırılması. İnsan resurslarının idarə edilməsində müxtəlif proqram təminatları: HRM-360. Office 365
Dostları ilə paylaş: |