Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə50/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   137
Mövzu 6. üzrə suallar.

  1. İş analizlərinin həyata keçirilməsi, insan resurslarının planlaşdırılması, iş müraciətlərinin qəbulu və işçi seçimi funksiyaları.

  2. Təhsil, bacarıqların qiymətləndirilməsi, ödənişlərin idarə olunması və iş münasibətləri funksiyaları.

  3. İşçi-işəgötürən münasibətləri, ödənişlərin idarə olunması, işçinin sağlamlığı və təhlükəsizliyi funksiyaları.

  4. İdarəetmənin üslubları: Liberal üslub, Demokratik üslub, Avtokrat üslub.


İnsan resurslarının idarə edilməsində iş analizlərinin mahiyyəti və məzmunu. İş analizlərinin həyata keçirilməsi funksiyası.

İş analizi bir iş yerində həyata keçirilən işlər və bu işləri yerinə yetirəcək insanlarda olan xüsusiyyətlər haqqında ətraflı məlumat toplama üsuludur. Məlumat toplanarkən vəzifə, davranış, funksiya və məsuliyyətlərə diqqət yetirilməlidir. İşi lazımi səviyyədə həyata keçirmək üçün tələb olunan bacarıq və təcrübə də diqqətlə müşahidə olunmalıdır. Çünki bunların qarşılığında işçi əmək haqqı və işində irəli çəkilmək kimi mükafatlar əldə edəcəkdir.

İş analizi işin təqdim olunması və iş tələblərinin müəyyən olunmasına kömək edir. Hansı işlərin həyata keçirildiyinin və o iş üçün vacib xüsusiyyətlərin aşkarlanması müəssisənin necə işçiyə ehtiyacı olması məsələsini müəyyənləşdirir. Beləliklə iş analizi seçmə prosesində bünövrə funksiyasını həyata keçirir. İş analizi təhsil proqramlarının tərkibinə də təsir göstərir. İş tələbləri işçilərdəki xüsusiyyət çatışmazlıqlarını aşkarlayır və təhsil bu xüsusiyyətlərin inkişaf etdirilməsi istiqamətində yenidən formalaşdırılır. İş analizi heyətin idarə olunmasının digər funksiyalarının təsirli şəkildə yerinə yetirilməsi üçün dayaq nöqtəsi rolunu oynayır və bu prosesləri məlumatla təmin edir. İş axtarmaq, təhsil, ödəniş, bacarıqların qiymətləndirilməsi, heyətin planlaşdırılması və iş münasibələrini inkişaf etdirmək iş analizi funksiyasının köməkçi olduğu digər insan resursları prosesləridir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin