Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


İnsan resurslarının planlaşdırılması funksiyası



Yüklə 409,21 Kb.
səhifə51/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   137
HRM 2021 yaz semestr

İnsan resurslarının planlaşdırılması funksiyası. İnsan resurslarının planlaşdırılması dedikdə müəssisənin təşkilat planları da daxil olmaqla ümumi planlaşdırma məqsədlərinə fayda verə biləcək ən uyğun xüsusiyyətdəki heyətin ən uyğun müddətdə müəssisəyə cəlb olunması, ən uyğun müəssisə şöbəsinə yerləşdirilməsi, yeni vəzifələrə xidmət etməsi üçün təlim yolu ilə hazırlanmaları, uğurlarının qiymətləndirilməsi və ən təsirli şəkildə işlədilmələri başa düşülür. İş gücünün planlaşdırılmasının başlıca məqsədi işləyənlərin fəaliyyət və məhsuldarlığını artırmaq və istehsal daxilində işçilərə sərf olunan xərclərə nəzarət etməkdir.

İş gücünün planlaşdırılması funksiyasının başlıca hədəfi işçi və işi arasındakı uyğunluq dərəcəsinin artırılmasıdır. Çünki bu yolla işçilərin bilik, bacarıq, təcrübə, işə fokuslanma və işə qarşı mövqeyi aşkar olunur. Bu faktorlara əsasən işçilər arasındakı fərqliliklər müəyyən olunur. Çatışmazlıqlar və fərqliliklərin qarşısı alınaraq, işçilər arasında uyğunluq təmin olunur. İş gücünün planlaşdırılmasının digər məqsədi təşkilatdakı insan resursları ehtiyacının indiki və gələcək analizini həyata keçirməkdir. Bu yolla iş qüvvəsinin artıqlıq və çatışmazlıqları aşkarlanır. Bu çatışmazlıqların tələb olunan miqdar və xüsusiyyətlərlə qarşısı alınır.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin