Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə6/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   137
HRM 2021 yaz semestr

Resurs (fran. ressource) – zəruri hallarda istifadə olunan vəsaitdir. Resursların ümumi xassəsi – istehsalda onların iştirakının potensial imkanıdır. Beləliklə, müəssisə çərçivəsində insanlara resurs kimi baxmaq olmaz. Onların müəssisə fəaliyyətində iştirakı potensial deyil, ştat cədvəli, vəzifə təlimatı və digər sənədlərlə real müəyyən olunmuşdur. Lakin insanın daxili imkanları resurs (insan resurslarına) ola bilər. Müəssisənin xarici mühitində “əmək resursları” anlayışının tətbiqi öz təsdiqini tapmışdır. Çox ədəbiyyatlarda “əmək resursları” və “insan resursları” anlayışlarını bir-birindən fərqləndirmirlər. Buna görə hər iki anlayış əsaslandırılmadan işlədilir.

“İnsan resursları nədir və onları necə idarə etmək lazımdır?” İnsan resurslarının idarə edilməsi prosesinə daxildir: heyətin idarə edilməsi strategiyasının hazırlanması, heyətin qiymətləndirilməsi, heyətin seçimi, heyətin motivasiyası, heyətin inkişaf etdirilməsi.

Qeyd edək ki, hətta terminologiyada “insan resurslarının idarə edilməsi” və “heyətin idarə edilməsi” anlayışlarını fərqləndirmirlər. Əmək resurslarında həlledici rolu əhalinin iş qabiliyyəti yaşında olan əmək qabiliyyətli hissəsi oynayır. Həmçinin ümumi əməkqabiliyyətliləri (qeyri-ixtisaslı əmək) və peşəkarları (əməyin konkret növü üzrə) fərqləndirirlər.

Əmək qabiliyyətli əhalini iqtisadi fəal və iqtisadi qeyri-fəallara ayırırlar.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin