Demokratik üslub. Demokratiya yunan sözü olub demos–xalq, kratos–hakimiyyət sözlərindəndir, xalqın hakimiyyəti mənasını ifadə edir. Demokratik üslub idarəetmədə işçilərin hüquq bərabərliyini, onların öz mövqeyini ifadə etmək, danışmaq, azad surətdə fikrini bildirmək hüquqlarını və imkanlarını nəzərdə tutur.
Demokratik üslubda əsas qərarlar kollegial qaydada qəbul edilir. Bu üslubda aşağıdakı prinsiplər əldə rəhbər tutulur:
Demokratik təbiətli rəhbər hakimiyyəti kollektivlə və ya onların nümayəndələri ilə bölüşür, idarəetmənin kollegiallıq, demokratik mərkəziyyət, bərabər hüquqluluq prinsiplərini tətbiq edir, sosial metodların tətbiqinə daha çox üstünlük verir.