Avtokrat üslub. Avtokrat sözü latın dilində hakimiyyət, təsir deməkdir. Avtokratiya yunan dilində avto özü, kratiya hakimiyyət deməkdir. Avtokratizm əsasən hakimiyyətin siyasi formasıdır. Bu cür idarəetmə forması müəssisə və təşkilatlar üçün də xarakterik olur. Avtoritar hakimiyyəti aparan subyekt şəxs və ya qrup ola bilər. Yəni hakimiyyət bir nəfərin və ya qrupun əlində cəmləşir. Avtokrat rejimdə qərarları təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı sferaları yalnız icraçı kimi çıxış edirlər. Avtokrat rejim özü də totalitar və avtoritar rejimlərdən ibarətdir.
Avtokrat üslubda rəhbərlər bütün hakimiyyəti əlində cəmləşdirməklə idarəetmənin vahid rəhbərlik (və ya tək başına) prinsipinin tətbiqinə üstünlük verirlər. Bu cür rəhbərlər işçinin motivə olunmasında inzibati üsullara daha çox üstünlük verir, onları məcbur etməklə, hədələməklə, cəza tədbirləri tətbiq etməklə işləməyə məcbur edirlər. Avtokrat üslubda qeyd etdiyimiz kimi, bəzən rəhbər hakimiyyətin idarə edilməsinə hər hansı bir şəxsi və ya qrupu cəlb edir. Lakin yenə də həmin rəhbər özünü hakim şəxs kimi təqdim edir.
Dostları ilə paylaş: |