Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Kadr planlaşdırılmasmda istifadə olunan üsullar



Yüklə 409,21 Kb.
səhifə69/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   137
Kadr planlaşdırılmasmda istifadə olunan üsullar

1. Qarşılıqlı fikir mübadiləsi aparılmaqla istifadə olunan üsullar və ya qeyri-analitik üsulla. Bu üsullardan birincisi müəssisə daxilindən olan yüksəkixtisaslı kadrlarm planlaşdırma mövzusunda fikirlərinin alınmasıdır. Müəssisədə işləyən idarəedicilər müəssisənin işçi sayını, müəssisənin güclü və zəif tərəflərini çox yaxşı bilən şəxslərdir. Buna görə də təxmini işçi sayını müəyyən etməkdə bu fərdlərin rolları olduqca çoxalır. Bu üsulun nöqsanlı tərəfləri də vardır. Bəzən idarəedənlər keçmişdəki məlumatların gələcəkdə də eyni qalacağını düşünə bilərlər. Əgər gələcəkdə baş verəcək dəyişikliklər keçmişdəkinə bənzəmirsə, bu üsul qənaətbəxş olmaz. Çox sadə bir üsuldur. Ucuz başa gəldiyi üçün çox istifadə olunur.

2. Delfi taktikası. Bu zaman müəssisənin idarəedənləri müəssisə xaricindən olan yüksəkbctisaslı kadrlarına müraciət edərək planlaşdırma mövzusunda onların fikir və düşüncələrini toplayırlar. Bu fikir və düşüncələr yazılı şəkildə onlardan alınır. Suallar paketi hazırlanaraq onlara göndərilir. Əgər cavablarda fikir ayrılığına çox rast gəlinirsə, cavablar yenidən onlara geri qaytarılır. Bu proses bir neçə dəfə təkrarlanır. Sonra planlaşdır ma mövzusunda oxşar olan görüşlərə uyğun qərar verilir. Bu taktikanm da nöqsanlı tərəfləri vardır. Çox baha bir üsuldur. Müəssisə xaricində olan şəxslər müəssisəni daha yaxından tanımadıqlarına görə düzgün qərar verməyə bilərlər. 3.

Statistik üsullar. Bu üsullar daha çox riyazi hesablamalara əsaslanır. Statistik üsullardan ən sox istifadə olunanı Reqresyon analizidir. Bu analizdə bir və ya birdən çox dəyişkənlər arasmda əlaqə qurulur. Reqresyon analizində gələcəkdəki işçi qüvvəsinə olan ehtiyac keçmişdəki insan qüvvəsinə olan ehtiyaca nəzərən müəyyən edilir. Reqresyon analizi Y= bx+a düsturunun köməyi ilə hesablanır. Burada X-asılı olmayan dəyişkən, Y - asılı olan dəyişkən, a, b isə sərbəst hədlərdir. Verilən X-lər və Y-lərdən asılı olaraq, a və b sərbəst hədlərinin riyazi üsulla tapılması mümkündür. Bu zaman aşağıdakı düsturlardan istifadə olunur: Reqresyon analizində x-lər dəyişməyən parametrlərdir. Məsələn: il, ay, gün, həftə kimi. Y-lər isə dəyişən parametrlərdir. Məsələn: il, ay, gün, həftə kimi Y-lər isə dəyişən parametrlərdir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin