Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə78/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   137
HRM 2021 yaz semestr

Namizədlərin seçilməsi. Müəssisənin xaricindən işçi axtarışı aparılırsa aşağıda göstərilən vasitələrdən istifadə oluna bilər:

  • vəzifənin tələblərinə cavab verən ixtisas üzrə mütəxəssis hazırlayan məktəb və universitetlərdə (bu vasitədən onda istifadə etmək olar ki, kadr siyasətinin uzun müddətli məqsədlərin nail olmasına yönəldilir)

  • məşğulluq birjası

  • qazet və jurnallarda elan

  • işlə təmin etmə üzrə ixtisaslaşdırılmış şirkətlər

  • qohumların, dostların və tanışların kəməkliyilə

  • iş axtaran adamların sizin şirkətinizə bir müddət öncə təqdim etdikləri ərizələr.

Vakansiyanı açıq (aydın) təsvir etmək bu vakansiyaya namizədlərin seçim kriterisini müəyyənləşdirmək və işçinin hüquq və öhdəliklərinin müəyyən olunması üçün zəruridir. Vakant vəzifəyə namizədləri qiymətləndirmək və seçmək üçün müsahibə, psixoloji testlər və peşəkarlıq testləri kimi üsullardan istifadə edilir. Vakant vəzifəyə işçilərin seçilməsində hər bir namizədlə ayrıca müsahibə aparılması, namizəddən əvvəlki iş təcrübəsi haqqında ətraflı coruşub öyrənmək və namizədin peşəkar məqsədi və ümidlərini aydınlaşdırmaq məqsədəuyğundur. Ən kiçik vəzifəyə əməkdaşın seçilməsində məşğulluq xidmətindən istifadə etmək məqsədəuyğundur. Sübut olunmuşdur ki, yaxşı planlaşdırılmış işçi seçimi prosesi baha başa gəlsədə, gələcəkdə işin effektiv qurulması nöqtəyi nəzərindən sərfəlidir. Bunun nəticələri daha səmərəli və keyfiyyətli ola bilər, başqa sözlə desək, perspektivdə şirkətin gəlirliyinin qalxmasını şərtləndirər.

Kadr agentliklərinin vəzifələrinə sifarişçi müəssisələrin tələblərinə müvafiq namizədləri təqdim etmək, müəssisəyə heyəti komplektləşdirməkdə kömək etmək və müəssisənin daha yaxşı işçiləri seçə biləcəyi namizədləri təqdim etmək aiddir.



Seçim prosesi. eçim prosesi bir neçə mərhələdən ibarətdir: namizədin təhsilinin və təcrübəsinin qiymətləndirilməsi, müsahibə, bacarıq və səriştəsinin testlə yoxlanılması, və nəhayət, ən yaxşı namizədin seçilməsinə dair qərarın qəbul edilməsi.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin