Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə80/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   137
HRM 2021 yaz semestr

İlkin nəzərdən keçirmə. Adətən ilkin mərhələdə namizədlər tərəfindən təqdim olunan ərizələr (CV-lər) nəzərdən keçirilir. Namizədlərdən xahiş oluna bilər ki, xüsusi hazırlanmış ərizə formasını doldursunlar. Bu formadan spesifik nəticələr çıxarılır. Ərizədə (anketdə) verilənlərin təhlili namizədin təhsilinin minimal ixtisas tələblərinə uyğunluğunun aydınlaşdırılmasına imkan verir. Müxtəlif hallarda namizədin təhsili, yaxud təcrübəsi və yaxud psixoloji keyfiyyətləri həlledici rol oynayır.

Seçimi aparan bilməlidir ki, bəzi hallarda təqdim olunmuş tərcümeyi-hal (CV) aldadıcı ola bilər. Gözəl hazırlanıb yazılmış tərcümeyihal (CV) əslində namizəd tərəfindən təsdiqlənmir. Və eyni zamanda müvafiq tərcümeyihal (CV) yazmaqda təcrübəsi olmayan namizəd əla peşəkar işçi ola bilər. Ona görədə bütün namizədlərə ədalətli imkan vermək vacibdir.

Şirkəti seçərkən namizədin də öz kriterilərini sahibkar tərəfindən nəzərə alınması vacibdir. İşə dair tələblər real və həqiqi olmalıdır.

Rəhbər ehtiyatının seçimi üçün peşəkarlıq keyfiyyəti və yaş həddini nəzərə almaq lazımdır.



Müsahibə. Müsahibə mərhələsi ilkin seçimi davamlıyır. Müsahibə xüsusi strukturlu yaxud isə ümumi formada ola bilər.

Xüsusi strukturlu müsahibə daha məqsədəuyğundur, hər namizədə eyni suallar verilir.

Ümumi formada müsahibə namizədlərin öz üstün cəhətlərini aşkar etməyə imkan yaradır, lakin müsahibəni aparan sahibkar namizədlərə onların qabiliyyətlərinə uyğun qiyməti verməkdə çətinlik çəkir.

Müsahibənin qabaqcadan hazırlanması daha məqsədəuyğundur. Müsahibədə veriləcək sualllar vəzifəni icra etmək üçün tələb olunan bilik və qabiliyyətləri aydınlaşdıran sualladan ibarət olmalıdır. Həmçinin bir neçə sual namizədin şəxsi xüsusiyyətlərini açıqlamaq üçün verilə bilər.

Müsahibəni aparan yadında saxlamalıdır ki, əgər müsahibəyə gələn şəxs tələblərə cavab vermirsə, onu pərt etmək lazım deyil. Hər bir insan hörmətə layiqdir.

Vakant vəzifəyə namizədlə müsahibədə onun gələcək işinin məzmun və vəzifələrini müəyyən etmək, namizədin zəruri işi yerinə yetirə biləcəyini aydınlaşdırmaq zəruridir.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin