Brifinq.
Brifinq yalnız bölmə işçiləri arasında informasiyanın yayılması üçün aparılmır, həm də brifinqdə menecer öz tabeçiliyində olanlara kompaniya qarşı sədaqə, şərik və təhlükəsizlik hisslərini aşılamağa istiqamətlənir. Brifinq menecerə kompaniyanın fəaliyyət qayda və qanunlarını öz tabeçiliyində olanlara xatırlatmaq, qəbul edilən qərarları izah etmək imkanı verir. Çox təəssüf ki, menecerlər adətən, yalnız böhran vəziyyətində brifinqi yığmaqda zəhvə yol verirlər. Həqiqətdə, brifinq işlər pis getdikdə deyil, müntəzəm olaraq (yaxşı olar ki, qabaqcadan bərabər müəyyən olunmuş zaman intervallarında) aparılmalıdır.
Bu cür yığıncaqlar qısa olmalıdır və əhatə etməlidir:
həmin anda işin əldə edilmiş nailiyyətlərə dair qısa məlumat;
bölmə rəhbərlərinin cari problemlərə dair fikirləri;
gələcək fəaliyyət üçün təkliflərin (mütləq əsaslandırılmış) qısa icmalı.
Brifinq üçün uyğun mövzular işin qayda və şərtlərində təklif edilən dəyişikliklər, heyətin yerdəyişməsi və ya vəzifədə irəli çəkilməsi, yeni üsulların tətbiqinin nəticələrinin icmalı, sosial müdafiə və istirahət üçün malik olan imkanların təfsilatı, həmçinin, qonşu bölmələrdə məhsuldarlığın artması nümunələri və təcrübələri ola bilər. Brifinq əmək haqqı səviyyəsi və muzd şəraiti kimi mühüm məsələlərə dair kollektiv müqavilələrin maddələrinə baxılması üçün uygun vasitə deyildir. Brifinqin əsas məqsədi qəbul edilmiş qərarları tabeçilikdə olanları məlumatlandırmaq və izah etməkdir. Öz-özlüyündə qərarların qəbul edilməsi digər prosedurları tələb edir.
Dostları ilə paylaş: |