Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə111/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   137
HRM 2021 yaz semestr

Düzəldici intizam

Qabaqlayıcı intizam tədbirlərinə baxmayaraq qayda pozuntularının qarşısını almaq bütünlükdə mümkün deyildir. Təsirli qabaqlayıcı intizam tədbirlərində belə qayda pozuntuları müşahidə olunur. Düzəldici intizam tədbirləri qaydaları pozan işçilərin davranışlarını ən qısa zamanda qaydasına salmağı hədəfləyir. Düzəldici intizam tədbirləri dedikdə eyni qayda pozuntusunun təkrar baş verməsinin qarşısını almaq da başa düşülə bilər. Burada yerinə yetirilə biləcək tədbirlərdən biri də cəzalandırmadır. Cəzalandırmanın həyata keçirilməsində məqsəd arzuolunmaz davranışları düzəltmək və gələcəkdə eyni davranışların təkrar olunmasının qarşısını almaq üçün işçilərə gözdağı verməkdir.

Düzəldici intizam tədbirlərində cəza işçilərin ən qısa müddət və xərclə tələb olunan davranışları həyata keçirməsini təmin edir. Qayda pozuntularının təkrarlanmasının qarşısını almaq üçün veriləcək cəzanın çəkindirici şiddətdə olması lazımdır. Cəzanın çəkindiriciliyi fərdə görə dəyişə bilər. Bu səbəbdən sistem təkrarlanan qayda pozuntuları üçün hər dəfə daha şiddətli cəzalandırmaları uyğun hesab edir. İşçilərin ən qısa müddət və xərclə tələb olunan davranışları həyata keçirməsini təmin etdiyi üçün düzəldici intizam tədbirləri bütün dünya ölkələrində geniş şəkildə tətbiq olunur. Bu səbəbdən də düzəldici intizam tədbirlərinə klassik intizam tədbirləri də deyilir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin