İşçilərə ezamiyyələrin verilməsi qaydaları. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.
Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.
Ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Dəvət edən tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar əmrdə öz əksini tapmalıdır.
Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq Ezamiyyə vəsiqəsi verilir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.
Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir.
Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələr zamanı müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, xarici ölkələrə ezamiyyələr zamanı isə pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavə edilir.
Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir.
Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür.
Təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır.
Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir.
Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.
Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir.
Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.
Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əmək haqqı onu ezam edən təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əmək haqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.
Burada bir məqama diqqət yetirilməlidir ki, iş daimi olaraq yolda keçirsə, gediş-gəliş xarakteri daşıyırsa, növbə metodu ilə və ya çöl şəraitində görülürsə, bu zaman həmin işlərin görülməsi üçün işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Məsələn, yükdaşıma, sərnişindaşıma xidməti göstərən müəssisədə işləyən sürücünün işi daim yolda keçir, bir ölkədən digər ölkəyə yük və ya sərnişin daşıyır. Bu zaman həmin işçinin işi xarici ölkəyə ezamiyyət kimi xarakterizə edilə bilməz.
Əvvəlcə onu qeyd edək ki, ezamiyyə barədə rəhbər tərəfindən əmr verilməlidir. Əmrdə ezamiyyətə gedəcək işçinin adı, soyadı, vəzifəsi, ezamiyyənin təyinatı, gediləcək ölkə, şəhər, rayon, müəssisə, yolda olma müddəti nəzərə alınmaqla ezamiyyə günlərinin sayı və sair bu kimi vacib əhəmiyyətli məlumatlar öz əksini tapmalıdır. Respublika daxilində ezamiyyə zamanı ezamiyyət vəsiqəsində ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmək barədə qeydlər, zərurət yarandıqda isə möhür mütləq öz əksini tapmalıdır. Xarici ölkələrə ezamiyyələr zamanı səlahiyyətli orqanlar tərəfindən pasportda ölkədən çıxmaq və ölkəyə qayıtmaq barədə qeydlər aparılmalıdır. Əgər işçi ezamiyyət zamanı bir neçə məntəqəyə ezam olunmuşsa, gəlmə və getmə günü barədə hər məntəqədə ayrıca qeyd edilir. Həmçinin, müəssisə ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatını müvafiq kitabda uçota almaqla aparmalıdır. Kitabda ezam edilən, ezamiyyətdən qayıdan işçinin vəzifəsi, soyadı, ezamiyyə vəsiqəsinin nömrəsi, ezam edilən təşkilatın nömrəsi qeyd edilməlidir.
Təbii ki, işçi ezamiyyətdə olduğu müddətdə onun bir sıra xərcləri yaranır ki, bu zaman həmin xərcləri onu ezamiyyətə göndərən müəssisə tərəfindən ödəmək lazım gəlir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilməlidir və işçi ezamiyyətdən qayıtdıqdan sonra 3 gün ərzində avans hesabatını müəssisəyə təqdim etməlidir. Ezamiyyə xərclərinə gündəlik yemək xərcləri, mehmanxana xərcləri, rabitə, nəqliyyat xərcləri daxildir. Məlumat üçün deyək ki, mehmanxana xərcləri kimi nəqliyyat xərcləri də təsdiqedici sənədlər əsasında ödənilir. Ola bilər ki, nəqliyyat xərcini təsdiq edən bilet itirilib. Bu zaman bileti satan təşkilat biletin həmin şəxsə satılmasını təsdiq edən hər hansı sənəd, arayış təqdim edərsə, həmin sənəd nəqliyyyat xərclərini təsdiq edən sənəd kimi qəbul olunur.
Ezamiyyə xərclərini rəsmiləşdirərkən işçinin hansı şəhərə ezam olunması müəyyən edilməlidir. Belə ki, "Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı qərarına əsasən, respublika daxilində ezamiyyə zamanı və yaxud xarici ölkəyə ezamiyyə zamanı 1 günlük ezamiyyə xərclərinin normaları ezam olunan şəhərdən, ölkədən asılı olaraq müxtəlifdir. Məsələn, Bakı şəhərinə ezam olunan zaman 1 günlük ezamiyyə xərclərinin norması 90 manat təşkil edir. Yəni Gəncə şəhərindən Bakıya 4 günlük ezamiyyətə gəlmiş işçiyə 360 manat ezamiyyə xərci ödənilməlidir. Respublika daxilində ezamiyyə xərcinin 1 günlük normasının 80 faizini mehmanxana xərci, 20 faizini isə yemək, nəqliyyat, rabitə və digər xərclər təşkil edir. Deməli, Bakı şəhərinə ezam olunan işçinin 1 gün üçün mehmanxana xərci 72 manat təşkil edir ki, bu da 4 günlük ezam dövründə 288 manat edir. Əgər işçi mehmanxana xərclərini təsdiq edən sənəd təqdim etməzsə, bu zaman ona ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərci üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında pul ödənilir. Yəni bizim misalda təsdiqedici sənəd təqdim olunmadığı üçün 1 günlük mehmanxana xərci 36 manat təşkil edir ki, 4 günlük ezam dövründə bu məbləğ 144 manata çatır. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri, 60 faizini isə ezamiyyə müddətində işçinin yaşayış yerini təmin etmək üçün mehmanxana xərcləri təşkil edir.
Ancaq qanunvericilik müəssisəyə işçilərinin ezamiyyə xərclərini yalnız müəyyən olunmuş norma daxilində ödəməyə məcbur etmir.
Müəssisə öz işçisinin istər respublika daxilində, istərsə də xarici ölkəyə ezamiyyəti üçün ezamiyyə normalarını öz sərəncamında qalan xalis mənfəət hesabına artıra bilər.
Sadəcə, normalar daxilində müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğlərinin müəssisənin gəlirindən çıxılmasına icazə verilir. Müəssisə müəyyən edilmiş normalardan artıq ezamiyyə xərcləri üçün ödəniş edərsə, ödənilən artıq məbləğ müəssisənin xalis mənfəəti hesabına qarşılanır. Məsələn, müəssisə öz işçisini Moskva şəhərinə 3 günlük ezamiyyətə göndərib. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı qərarına əsasən, Moskvaya ezamiyyə xərclərinin 1 günlük norması 240 ABŞ dolları təşkil edir ki, bunun da 60 faizi, yəni 144 dollarını mehmanxana xərcləri təşkil edir. Qaydalara əsasən, müəssisə öz işçisinə 720 ABŞ dolları məbləğində ezamiyyə xərci ödəməlidir. Lakin müəssisə öz işçisinə günlük 250 ABŞ dolları məbləğində mehmanxana xərcləri üçün ödəniş edir.Əgər təsdiqedici sənədlər varsa, o zaman müəssisə 1 günlük 144 dollar mehmanxana xərclərini öz gəlirindən çıxmaq hüququna malikdir. 1 gün üçün 106 dollar (250.00-144.00=106.00), 3 gün üçün cəmi 318 dollar artıq ödənilmiş mehmanxana xərcini isə müəssisə öz sərəncamında qalan xalis mənfəəti hesabına ödəyə bilər. Əgər təsdiqedici sənədi təqdim etməzsə, həmin məbləğ işçinin gəliri hesab olunur.
Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir.
İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
Təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.
İşçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir.
Üzürsüz səbəbdən yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir.
Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa həmin fərq işçiyə ödənilir.
Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
İnsan resurslarının idarə edilməsi fənninin əsas predmeti və vəzifələri
Müəssisədə insanın roluna dair idarəetmə nəzəriyyələri.
İnsan resurslarının idarə edilməsi fənninin bəzi əsas anlayışları: əmək bazarı, əhali, resurs, əmək resursları, işçi qüvvəsi, iqtisadi fəal əhali, məşğulluq
İnsan resurslarının idarə edilməsi fənninin bəzi əsas anlayışları: kadr, heyət, resurs, insan resursları
İnsan resurslarının idarə edilməsi fənninin bəzi əsas anlayışları. Autsorsinq və onun formaları
İnsan resurslarının idarə edilməsi və heyətin idarə edilməsi arasında fərqli xüsusiyyətlər
İnsan resurslarının idarə edilməsi konsepsiyası və inkişaf mərhələləri.
İnsan resurslarının idarə edilməsi konsepsiyasında sərt və mülayim yanaşma
İnsan resurslarının idarə edilməsi konsepsiyasında Uyğunluq və Harvard modelləri.
İnsan resurslarının idarə olunması və onun əsas məqsədləri.
İnsan resurslarının idarə edilməsi sistemi və onun altsistemləri
İnsan resurslarının idarə edilməsinin funksiyaları
İnsan resurslarının idarə edilməsinin təşkilati struktur formaları.
İnsan resurslarının idarə edilməsində fərd və işçi qrup anlayışları. İşçi qrupunun formalaşması
İnsan resurslarının idarə edilməsində komanda anlayışı. Liderlik.
İnsan resurslarının idarə edilməsi strategiyası. Müəssisə strategiyasının və insan resurslarının idarə edilməsi strategiyasının qarşılıqlı əlaqəsi.
İnsan resursları üzrə menecerin kompetensiya (səriştə) modeli və rol strukturu.
İnsan resursları üzrə menecer üçün tələb olunan keyfiyyətlər və onun rolları
Biznesdə ERP sistemi və onun insan resurslarının idarə edilməsində tətbiqi
İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi.
İnsan resurslarının idarə edilməsi siyasəti.
Kadr siyasətinin mahiyyəti və anlayışları.
İnsan resursları müəssisənin əsas rəqabətqabiliyyətlilik amili kimi
İnsan resurslarının idarə edilməsində motivasiya. Motivasiyanın məzmunu və xarakterik xüsusiyyətləri
Motivasiyanın daxili və xarici mənbələri.
İnsan resurslarının əmək fəaliyyətinin motivləşdirilməsi və stimullaşdırılması
İş analizlərinin həyata keçirilməsi, insan resurslarının planlaşdırılması, iş müraciətlərinin qəbulu və işçi seçimi funksiyaları.
Təhsil, bacarıqların qiymətləndirilməsi, ödənişlərin idarə olunması və iş münasibətləri funksiyaları.
İşçi-işəgötürən münasibətləri, ödənişlərin idarə olunması, işçinin sağlamlığı və təhlükəsizliyi funksiyaları.
İdarəetmənin üslubları: Liberal üslub, Demokratik üslub, Avtokrat üslub.
İnsan resurslarının planlaşdırılması funksiyası. Planlaşdırmanın növləri və üsulları.
İnsan resurslarına tələbatın planlaşdırılması. Planlaşdırmanın əhatəsi
Kadrların planlaşdınlmasına təsir edən daxili amillər
Kadrların planlaşdınlmasına təsir edən xarici amillər
Kadr potensialına olan tələbatın proqnozlaşdırılmasının mərhələləri
İdarəetmədə iqtisadi və inzibati üsullar.
İdarəetmədə sosial-psixoloji üsullar.
İnsan resurslarının cəlb olunması və seçilməsi
İşə qəbul etmə prosesi və onun mərhələləri
İnsan resurslarının profilə yönəldilməsi və uyğunlaşması. Adaptasiyanın növləri və üsulları.
İşgüzar adaptasiyanın məzmunu və əsas məqsədi.
Karyera planlaşdırması funksiyası
İnsan resurslarının idarə edilməsində karyera sisteminin formalaşması mexanizmi.
İnsan resurslarının idarəedilməsinin formalaşması prinsipləri
Pareto və Eyzenhauer prinsipləri
Təlim və mənimsəmə anlayışları.
İnsan resurslarının təlimi, onun məqsəd və vəzifələri
İnsan resurslarının idarə edilməsində təlim və mənimsəmənin rolu
Kommunikasiya və onun formaları. Brifinq
İnsan resurslarının idarə edilməsində münaqişələrin mahiyyəti və məzmunu.
İnsan resurslarının idarə edilməsində münaqişələrin həll edilməsi üsulları
Təşkilati mədəniyyətin heyətin fəaliyyətinə təsiri. Münaqişə və stresslərin idarə edilməsi.
İnsan resurslarının idarə olunmasında intizam anlayışı. İnsan resurslarının idarə olunmasında intizam sisteminin formalaşdırılması mərhələləri.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: müəssisədaxili intizam qaydaları və intizam tənbehinin verilməsi şərtləri
İnsan resurslarının idarə edilməsi bölməsinin fəaliyyətinin qiymətləndirilməsi.
İnsan resurslarının idarə edilməsinin səmərəliliyinin qiymətləndirilməsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: əmək müqaviləsinin bağlanması əsasları və qaydaları
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Əmək məzuniyyəti hüququ
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Əmək məzuniyyətlərinin müddətləri
İşçilərə ezamiyyələrin verilməsi qaydaları. Daxili və xarici ezamiyyələr.
Dostları ilə paylaş: |