Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə19/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   137
HRM 2021 yaz semestr

Uyğunluq modeli

HRM-in ilk formalaşmış təriflərindən biri Miçiqan məktəbi (Fombrun el al, 1984) tərəfindən təklif edilmişdir. Onlar təklif etmişlər ki, HRM və təşkilati strukturun idarə edilməsi təşkilati strategiyaya uyğun olmalıdır (buradan “uyğunluq model”i adı alınmışdır). Sonradan müəlliflər aydınlaşdırdılar ki, insan resursları sikli istənilən təşkilatda yerinə yetirilən 4 tip prosesdən və ya funksiyadan ibarətdir, yəni:

1. Seçim – mövcud insan resurslarının müxtəlif növ iş yerlərinə optimal uyğunluğunun axtarılması.

2. Attestasiya (Qiymətləndirmə) – fəaliyyət göstəricilərinin idarə edilməsi (səmərəliliyin idarə edilməsi).

3. Mükafatlandırma: “mükafatlandırma sistemi – kompaniyanın səmərəliliyini yüksəltmək üçün tətbiq edilən idarəetmə alətidir (adətən düzgün və qeyri-kafi dərəcədə əməyin təşkili göstəricilərinin stimullaşdırılması üçün tətbiq edilən idarəetmə alətdir). Mükafatlandırma “kompaniya gələcəkdə müvəffəqiyyət əldə etmək üçün hal-hazırda işləməlidir” faktını nəzərə alaraq, işçilərin istər qısamüddətli, istərsə də uzunmüddətli əməyinin nəticələri əsasında həyata keçirilməlidir.


  1. Yüksək səmərəli əməkdaşların formalaşması.

Harvard sxemi

HRM-in əsasını qoyanlardan Harvard məktəbinin nümayəndələri olan M.Bier və başqalarının (Beer et al, 1984) işləyib hazırladıqları sxemi P.Boksal (Boxall, 1992) öz tədqiqatında Harvard sxemi adlandırmışdır. Bu sxemdə heyətin idarə edilməsinin tarixən yığılan problemlərinin hansı yolla həll oluna bilməsi ideyaları irəli sürülmüşdür. Sxemə görə, bu problemlər o zaman həll oluna bilər ki, baş direktor, işçiləri hansı şəkildə müəssisənin fəaliyyətinə cəlb etmək istəyini, bu müəssisənin köməyi ilə onları necə inkişaf etdirmə, hansı formada HRM nəzəriyyəsi və praktikasının bu məqsədlərə nail ola bilmə yollarını öz nöqteyi-nəzərincə işləyib hazırlayır. İstər əsaslandırılmış ideologiya, istərsə də, yalnız baş direktorun təmin edə biləcəyi HRM-ə strateji baxış olmazsa, ayrı-ayrı fəaliyyət növlərinin praktikada əldə olunmuş xüsusi ənənələrlə idarə olunan sadə naborunun qalması təhlükəsi olacaq.





Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin