Mövzu 3. İnsan resurslarının idarə edilməsi sistemi
Qısa icmalı: Müasir müəssisələrdə insan resurslarının idarə edilməsi sisteminin əsas məqsədi. İnsan resurslarının idarə edilməsi sistemi və onun altsistemləri: insan resurslarının formalaşması, insan resurslarının istifadəsi, insan resurslarının inkişafı. İnsan resurslarının idarə edilməsi sisteminin struktur formaları: xətti, elementar, matris, funksional və s. İnsan resurslarının idarə edilməsi modelləri. İnsan resurslarının idarə edilməsi funksiyaları. Müasir idarəetmə sistemində insan resurslarının idarə edilməsi departamentinin funksiyaları. İnsan resurslarının idarə edilməsinə sistemli tam yanaşma: təşkilati sistemdə insan amilinə istiqamətlənmiş bütün funksiyaların inteqrasiyası. İnsan resurslarının idarə edilməsi departamentinin kəmiyyət və keyfiyyət tərkibi. İnsan resurslarının idarə edilməsində fərd və işçi qrup anlayışları. İşçi qrupunun formalaşması. İnsan resurslarının idarə edilməsində komanda anlayışı. Liderlik.