Mövzu 3 üzrə suallar
İnsan resurslarının idarə edilməsi sistemi və onun altsistemləri
İnsan resurslarının idarə edilməsinin funksiyaları
İnsan resurslarının idarə edilməsinin təşkilati struktur formaları.
İnsan resurslarının idarə edilməsində fərd və işçi qrup anlayışları. İşçi qrupunun formalaşması
İnsan resurslarının idarə edilməsində komanda anlayışı. Liderlik.
İnsan resurslarının idarə edilməsi (human resources management) - iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaşdırılması, bunun üçün zəruri təhlillərin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf məsələləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar fəaliyyətləri əlaqələndirir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insanı əsas tutmasıdır. Lakin bu, təşkilatın məqsədlərinin əsas olmadığı mənasını daşımır. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.
Müasir müəssisələrdə HRM sisteminin əsas məqsədi təşkilati sosial-iqtisadi məqsədlər üçün əmək və yaradıcı potensialın rasional formalaşmasını, istifadəsini və inkişafını, işçilərin şəxsi tələbatlarının ödənilməsini nəzərdə tutur.
Məqsədlər sistemi insan resurslarının idarə edilməsi funksiyalarının müəyyənləşdirilməsinin əsasıdır. HRM-ə sistemli tam yanaşma təşkilati sistemdə insan amilinə istiqamətlənmiş bütün funksiyaların inteqrasiyasından ibarətdir. Əvvəllər heyətə dair bütün funksiyalar müəssisənin iqtisadi, istehsal-texniki, hüquqi xidmətləri üzrə bölüşdürülürdü. Bu gün HRM-in bütün funksiyalarının, yəni artıq yalnız icra və uçot-tərtibatla məhdudlaşmayan, analitik, idarəetmə, təhsil, informasiya məsələlərini də əhatə edən funksiyalarının inteqrasiyası baş verir. Adaptasiya, inkişaf, motivasiya heyətin idarə edilməsinin altsistemlərinə aiddir.
Dostları ilə paylaş: |