Şəkil 3.3. İnsan resurslarının idarə edilməsi xidmətinin təşkilati strukturu. İri müəssisələrin təcrübəsində HRM üzrə xidmət strukturuna müxtəlif yanaşmalar tətbiq edilir. Bu xidmətin yaradılması işçilərin kateqoriyalara görə ixtisaslaşdırılması ola bilər. Bu şəkildə təşkil olunmuş kadr bölmələri işçilərin peşəkar qruplarına uyğun bütün məsələləri həll edir. Belə struktur daha çox konkret insana, mütəxəssisə istiqamətlənir, lakin bununla bərabər, məsələn, rəhbərlə iş üçün heyət üzrə menecerlərin yüksək səviyyədə hazırlığını da tələb edir (şəkil 3.4).