Şəkil 3.5 İnsan resurslarının idarə edilməsi mərkəzinin strukturu İnsan resurslarının idarə edilməsinin matris təşkilati strukturu – işçilərin işdən böyük məmnunluq hiss etmələrindən ötrü şərait yaradılmasını xarakterizə edir. Matris təşkilatları məqsədli layihələrə əsaslanır. Layihə proqramının hazırlanması, planlaşdırılması və ya tərtib edilməsinə layihənin direktoru və ya meneceri rəhbərlik edir. Layihə menecerinin inzibati/katib köməkçisi istisna olmaqla, daimi heyəti ypxdur. Onlar sahə qruplarından öz layihə qrupuna üzvlər cəlb etməlidirlər. Bu işçilər layihə qrupuna təyin edilirlər və tələb olunan nəticənin əldə edilməsi üçün rəhbərlik qarşısında cavabdehlik daşıyırlar. Eyni zamanda onlar öz sahə qruplarının işinin ümumi göstəricilərinə və bütünlükdə nəticələrinə görə də, məsuliyyət daşıyırlar.