Komandada iş. Komanda qrupun xüsusi növünü özündə əks etdirir. Bütün komandalar qrupdur, lakin qrupun özünü komanda kimi aparmasi vacib deyildir. Komandanın səciyyəvi xüsusiyyəti onun iştirakçılarının qrup qarşısında qoyulmuş məqsədə nail olunması üçün könüllü olaraq öz güclərini koordinasiya etmələridir. Komanda inam, bərabərhüquqlu, tamamlama və qarşılıqlı yardım prinsipləri əsasında qurulur. Komandanın formalaşmasında rolların və cavabdehliyin bölgüsünü nəzərə almaq vacibdir. Komanda üzvləri yüksək səviyyədə qeyri-asılıdırlar, hər bir fərd qrup daxilində konkret öhdəliyini yerinə yetirərkən öz xarakterini hansısa səviyyə qədər müstəqil interpretasiya etməlidir.
Komanda öz liderinə malikdir. Lakin qrup rəhbərindən fərqli olaraq, komanda rəhbərinin səlahiyyət və hakimiyəti komandanın bütün üzvləri tərəfindən danışıqsız qəbul edilməlidir. Komandanın lideri xarici mühitdə onu təmsil edir və onun davranışına görə rəsmi cavabdehlik daşıyır. Komanda hüdudunda yüksək səviyyədə birlik, qarşılıqlı əlaqələrin yüksək spektri, qarşılıqlı dəstəklər və komandanın bütün üzvlərinin problemə baxışlarının bölgüsü müşahidə oluna bilər. Komandanın üzvləri rolların mübadiləsinə, ümumi iş yükünün bölgüsünə istiqamətlir və bütünlükdə, işin yerinə yetirilməsində bir-birinə kömək edir. Bir qayda olaraq, komandanın hər bir iştirakçısı digər iştirakçıları yüksək dəyərləndirir və komanda üzvü olmasından böyük məmnunluq hiss edir. Komandanın lideri onun mübarizlik ruhunu aşağıdakı şəkildə möhkəmləndirə bilər:
Komandanı xarici mühitdə təmsil edərək və qoruyaraq, məsələn, onun sərəncamına əlavə resursların alınması uğrunda mübarizə yolu ilə;
komanda üzvləri arasında “ərazi” və öhdəliklərin dəqiq bölgüsünü təmin edərək, komandanın bütün üzvlərinin öz fərdi və kollektiv öhdəliklərini tamamilə başa düşməyə zəmanət verərək;
komandanın bütün üzvlərini yeni iş üsulu üçün təkliflər irəli sürməyə sövq edərək.
Yüksək komanda ruhunun digər mənbələrinə aiddir:
qruplarda iş və öhdəliklərin düzgün bölüşdürülməsi, xüsusilə, əgər az cəlbedici və ya çox ağır işdən söhbət gedirsə;
real icra müddətinin dəqiq işlənilib hazırlanmış iş proqramı;
komanda iştirakçılarının şəxsi xarakteristikalarının uyğunluğu.
Pis komanda işinin əlamətlərini çox asanlıqla görmək olur: hər şeydən əvvəl, işdən yayınmalar, gecikmələr, heyətin yüksək səviyyədə qeyri-sabitliyi, pis əhval-ruhiyyə, komandanın digər üzvlərinə dair yaltaq mülahizələri və s. Heyət komandanın öz məqsədini həyata keçirmək bacarığına inamını itirir, istənilən kommentarilər tənqid kimi qəbul edilir, işin keyfiyyəti aşağı düşür, komanda iştirakçılarında kifayət qədər can yandırma büruzə vermir, kiçik şikayətlər baş verir. Bu problemlərin səbəbləri qrupdfa fiziki iş şəraitinin xoşagəlməyən, əmək haqqının aşağı səviyyədə olması, istər mütləq, istərsə də, digər altbölmələrlə (komandalarla) müqayisədə muzd şərtləri (məsələn, iş yerinin saxlanmasında qeyri-əminlik hissi) və ya şəxslərarası pis münasibətlər ola bilər. Bundan əlavə, komandanın pis işinin səbəbi müəssisənin iyerarxiyasında onun statusu ola bilər.
Komandanın qiymətləndirilməsi, seçilməsi və formalaşmasında missiyanın ifadə edilməsi üçün əməkdaşlara, ailəyə, dostlara olan münasibəti nəzərə almaq mühümdür. İdarəetmə komandalarının formalaşması üçün peşəkar bacarıq səviyyəsi və psixoloji xüsusiyyətləri nəzərə almaq əsasdır. Komanda fəaliyyətinin idarəetmə, layihə, ekspertiza kimi tipləri mövcuddur.
Dostları ilə paylaş: |