Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Liderlik. Qeyri-rəsmi və rəsmi liderlər



Yüklə 409,21 Kb.
səhifə32/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   137
HRM 2021 yaz semestr

Liderlik. Qeyri-rəsmi və rəsmi liderlər

Liderlik – fərdin digər insanların düşüncə və davranışlarına təsir göstərə bilmək qabiliyyətidir. Psixologiyada lider, bir qayda olaraq, fərdin rəhbərlik etdiyi qrup nöqteyi nəzərindən müəyyən edilir; lider – məqsədlərin nail olunması üçün qrupun fəaliyyətini istiqamətləndirən və ona nəzarət edən şəxsiyyətdir. Qrupun öz-özünə formalaşdığı halda, sosial qarşılıqlı əlaqələr prosesində hər bir konkret zaman anında adətən qrup birdən çox liderə malik olur. Belə hallarda, liderlər rəqib olurlar. Lakin, adətən, onlar öz aralarında planlaşdırmanın, idarəetmənin, yoxlamanın və i.a. müxtəlif rəhbər funksiyalarını öz aralarında bölürlər. Qrupda müxtəlif vəziyyətlərin təsiri altında liderlərin tərkibində dəyişmələr baş verə bilər, dəyişilən vəziyyətdə liderliyə daha qabiliyyətli olan yeni liderlər meydana gələ bilər.

Kommersiya və sənayedə qeyri-rəsmi lider kollektivdə, xüsusilə də, əgər bu işçi qrup çox möhkəm, yekdil olarsa, çox mühüm fiquru təmsil edir. Buradan belə nəticəyə gəlinir ki, qeyri-rəsmi liderə xüsusi, bəzən rəhbərlik tərəfindən imtiyazlı yanaşma tələb olunur. Lakin, qeyri-rəsmi liderin rolu qeyri-sabitdir, o sabit (adi) vəziyyətdə çox nəzərə çarpmır, böhran şəraitində daha əhəmiyyətli hiss olunur.

Eyni zamanda rəsmi səlahiyyət və hakimiyyət verilmiş insan – rəsmi lider də çox əsasdır. O nəzarət funksiyasını yerinə yetirir ki, onun tabeçiliyində olan biznes-təşkilati bölmələr öz funksiyalarını səmərəli yerinə yetirsinlər.

Rəsmi lider – müəssisə üçün real əldə edilən və arzu olunan məqsədlərin həyata keçməsi üçün iş prosesində tabeliyində olanlara nəzarət edir və motivləşdirir. O tabeliyində olanları elə idarə etməlidir ki, onlar öz işlərindən ala biləcəkləri qazancları qiymətləndirsinlər. Pul dostcasına, status, təqdirnamə, öhdəliyi yerinə yetirmə hissinə görə və ya hamıya bərabər bölünməlidir.

Rəsmi lider – müəssisənin sahibkarının təyin etdiyi, səlahiyyətlərin bir hissəsinə malik olan usta, sektor müdiri və ya menecer ola bilər. Əmək qanunvericiliyinə müvafiq olaraq, rəsmi lider öz tabeliyində olanlar üzərində hakimiyyətə malikdir, yəni o öz hakimiyyətindən istifadə edərək insanları idarəetmə bacarığı, işə dair bilikləri və i.a. sayəsində onları digər şəraitdə etmədikləri işləri belə yerinə yetirməyə vadar edir, cəzalandırır və ya mükafatlandırır, resurslara nəzarət edir və idarə edir. Sadalanan alətlərin uygunluq qaydası (tərzi) idarəetmə stili adlandırılır. Bu amillərin optimal uyğunluğunu müəyyən etmək üçün bir çox tədqiqatlar aparılmışdır. Menecer öz tabeliyində olanlardan ən yaxşı nəticələri əldə etmək üçün hansı idarə etmə stilini seçməlidir ?

Diqqət yetirmək lazımdır ki, səlahiyyət və hakimiyyət həmişə üst-üstə düşmür. Səlahiyyət – rəsmi idarəetmə iyerarxiyasında rəhbərin vəziyyəti (mövqeyi) ilə müəyyən olunan idarəetmə (nəzarət) hüququdur. Səlahiyyət qərarların qəbul edilməsi, sərəncamların (əmrlərin) verilməsi, işlərin bölüşdürülməsi və tabeçilikdə olanların mükafatlandırılması (məsələn, əmək haqqının artırılması formasında) və cəzalandırılmasının (məsələn, vəzifənin aşağı salınması, müvəqqəti vəzifədən kənarlaşdırma) müzakirəsi ilə bağlıdır. Buna baxmayaraq, hakimiyyəti əldə etməkdən ötrü insan mütləq rəsmi rəhbər vəzifədə olmalı deyil. O qrupun bütün üzvlərinin ehtiyaclarını təmin etmək qabiliyyətinə və ya informasiya və resursların axınına nəzarət etmək imkanlarına malik olmaqla ixtiyar sahibi ola bilər.

Lidelik dedikdə, hər hansı bir qrupu və ya fərdi ümu­mi mə­nafeyə uyğun, müəyyən məqsədə çatmaq üçün öz ar­xa­sınca apara bilən şəxs başa düşülür. Liderlik işçi­lərdən bi­rinin kollektivdə şəxsi nüfuz əldə etməklə, digər üzvlərin davranışına təsiridir. Liderlik özünü və başqa­la­rı­nı müəy­yən məqsəd naminə səfərbər etmək qabiliyyətidir. Fərd­lər qrupda və ya kollektivdə üstünlüyü ələ almaqla liderliyə nail olurlar. Bu cür üstünlük həmin şəxsin təş­ki­lat­çılığı, iş­gü­zarlığı, peşəkarlığı, qabiliyyəti, ağlı, zə­ka­sı, uza­q­gö­rən­liyi sayəsində əldə edilir.

Liderlər menecerlərdən fərqli olaraq təyin edilmirlər. Yəni liderlik vəzifə deyildir. Onlar bacarıq və qabi­liy­yət­ləri ilə özlərini kollektivə lider kimi təqdim edir və tə­rəf­daş­ları tərəfindən qəbul olunurlar.

Liderlikdə güc və məcburiyyəti ruhlandırma və hə­vəs­ləndirmə əvəz edir. Çünki ruhlandırma və həvəs­lən­dir­mə insanları ümumi məqsədə nail olmağa isti­qa­mət­­lən­dirir və sövq edir. Liderlər öz hakimiy­yətlərini tərəf­­daş­la­rının köməkliyi ilə əldə edir və həyata ke­çi­rir­lər. Çünki tə­rəf­daşlar onu artıq lider kimi qəbul edirlər. Əvəzində li­derlər həmin şəxslərə müəyyən vədlər verir və köməkliklər gös­tərirlər.

Liderlərin qarşısında əsasən aşağıdakı vəzifələr da­ya­nır:


  1. Qarşıya məqsəd qoymaq.

  2. Kollektivi və ya komandanı yaratmaq.

  3. Vəzifələri bölmək.

  4. Məqsədə nail olmaq üçün komandanın vərdiş­lə­rin­dən, imkanlarından və istedadından istifadə etmək.

Liderlərin müxtəlif tipləri mövcuddur.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin