Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Şəkil 4.2 Menecerin peşəkar fəaliyyətinin əsas növləri



Yüklə 409,21 Kb.
səhifə39/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   137
HRM 2021 yaz semestr

Şəkil 4.2 Menecerin peşəkar fəaliyyətinin əsas növləri

Biznesdə ERP sistemi və onun insan resurslarının idarə edilməsində tətbiqi. Respublikanın keçid dövründə qarşısında duran əsas sosial-iqtisadi vəzifələrinə yeni təsərrüfat formalarının yaradılması, iqtisadiyyatın bazar strukturunu formalaşdırmaq, istehsal, sosial-məişət və bazar infrastrukturlar m ı inkişaf etdirmək bazar münasibətləri şəraitində işləyə biləcək yüksəkixtisaslı kadrların hazırlanması və ixtisaslaşdırılması ilə əlaqədardır.

Hazırda, əksər inkişaf etmiş dövlətlərdə istər istehsalat, istərsə də həyatın digər sahələrində insan resurslarının idarə edilməsi məsələsi ön plandadır. Təbii ki, Azərbaycan da beynəlxalq aləmin tərkib hissəsi kimi buna xüsusi önəm verir. Artıq regional çərçivədən çıxan beynəlxalq şirkətlər də öz fəaliyyətlərində insan resurslannın idarə edilməsinə diqqəti daha da artırır. Bu səbəbdən də, günümüzdə kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi məqsədilə bu sahənin yaradılmasına və təkmilləşdinİməsinə ehtiyac durmadan artmaqdadır.

Bu sahədə beynəlxalq standartlara cavab verə biləcək ERP (Enterprise Resource Planning) sistemlərinin hazırlanması şirkətlərin idarə və müəssisələrində bu istiqamətdə fəaliyyətin optimal tənzimlənməsinə yönələn ümumi norma, tələb və qaydaları müəyyən edən standart sənədlərin işlənməsində, qəbul edilməsində və tətbiq olunmasında operativliyi təmin edəcək, insan resursları üzrə fəaliyyətin təkmilləşdinİməsinə xidmət göstərəcəkdir.

Mövcud ERP sistemləri tərtibi zamanı əsas diqqət hər şeydən öncə xüsusi ədəbiyyatlar vasitəsilə beynəlxalq təcrübəyə yönəlmişdir. Bu vəsait xüsusi müəssisə sahibləri və menecerlərə insan resurslarının idarə olunmasında yardım üçün İR meneceri nəzərdə tutulur. İdarəetmənin bu sahəsi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə geniş yayılmışdır ki, bu da onun əsas əhəmiyyətini və iqtisadi məqsədəuyğunluğunu göstərir. Məsələn, İR menecerin vəzifə dairəsinin kadrlar şöbəsinin vəzifələri ilə heç bir uyğunluğu olmasa da, son iki ildə Rusiyada İR menecer vəzifəsi idarəetmə fəaliyyətinin yüksəkmaaşlı növünə çevrilmişdir. Menecer heyətin seçilməsində iştirak edir, kollektivdə normal psixoloji iqlimin saxlanmasına nəzarət edir, «team spirit»i - komandanm ruh yüksəkliyini qoruyub saxlayır, mürəkkəb mənəvi-psixoloji vəziyyətlərə düşən əməkdaşlara köməklik göstərir, rəhbərliyə kadr məsələləri üzrə məsləhətlər verir.

Getdikcə bazarın tələbatı və şirkətlərin istehsal və xidmət fəaliyyətləri artır və buna görə də fəaliyyət və əməliyyatların bir nəfər tərəfindən idarə olunması qeyri-mümkün olurdu. Bunun nəticəsində bir çox insanlar bu sahəyə cəlb olunurdular və müxtəlif ticarət fəaliyyəti fərdi fəaliyətin yerini tuturdu . Nəticədə iri təşkilatlarda bir nəfər apancı rəhbər kimi nəzərdə tutulub və digər şəxslər də müxtəlif səviyyə və dərəcələrdə ona kömək göstərmək üçün nəzərdə tutulurdu. . Bu əsasda müxtəlif fəaliyyət sahələri inkişaf edilib. Fəaliyyət sahələri genişləndirilib və beləliklə işləri icra etmək üçün bir çox insanlara ehtiyac yaranıb. Bunun nəticəsidir ki, dünyanın tanınmış şirkətləri kompyuterlərə və kompyuter poqramlarına böyük həcmdə kapital qoyuluşunu həyata keçirirlər. Elektronika, rabitə və kompyuter sənaye sahələrinin inkişafı nəticəsində, informasiya texnologiyasmm sürətli inkişafı təşkilatlarm fəaliyyətinə çox böyük təsir göstərmişdir. Bu dəyişiliklər eyni halda təşkilatlarm fəaliyyət mühitinin mürəkkəbləşməsinə səbəb olur. Buna görə də təşkilatlarm müxtəlif sahələri arasında yaxşı əlaqə yaratmaq və informasiyanın təmin edilməsini yüngülləşdirmək üçün lazımı sistemlərin yaradılmasma çox ehtiyac vardır. Bu sistemlər (Enterprise Sistems “ES”) adı ilə tanınır. Bu sistem imkan verir ki, rəhbərlik vacib məlumatlardan hər yerdə və hər zaman müxtəlif qərarlarm qəbulunda istifadə etsin. ERP (Enterprise Resource Planning) sistemləri 90-cı illərdə informasiya texnologiyasmm inkişafmm mühüm amili kimi qiymətləndirilə bilər.

ERP sistemlərinə bü cür diqqət, bu sistemin bu günkü təşkilatlarm informasiya və ticarət sahələrinin inkişafındakı əhəmiyyətinin göstəricisidir. Təşkilatlann indiki güclü rəqabət dünyasında rəqibləri, müştəriləri şərikləri tərəfindən çoxsaylı problemləri və təzyiqləri şəraitində ERP sistemi faydalı eyni zamanda təzyiqlər qarşısında davamlı bir sistem kimi mühüm rol oynayır. İqtisadi sistemlərin idarə olunmasında yeni idarəetmə metodlarından və xüsusilə ERP sistemindən istifadə edilməsi çox zəruridir. Halhazırda güclü rəqabət dünyasında təşkilatların öz rəqibləri, müştəriləri şərikləri tərəfindən çoxsaylı problemləri və təzyiqlərlə üzləşdikləri şəraitində ERP sistemindən istifadə faydalı bir vasitə kimi bu təzyiqlər qarşısında davamlı bir sistem kimi mühüm rol oynayır. ERP sisteminin təşkilatlann fəaliyyətində bu mühüm rolu ilə yanaşı yaddan çıxartmaq lazım deyil ki, bu sistemdən düzgün istifadə olunmaması təşkilatın əsaslarının tam şəkildə aradan qalxmasına səbəb ola bilər.

ERP sistemi bir şirkətin bütün bölmələrinin fəaliyyətini bir kompyuter proqramı əsasında vahid bir sistemdə birləşdirir və hər bölmənin tələbatına cavab verir. Bu ortaya qoyulan böyük bir iddia hesab oluna bilər ki, bir kompyuter proqramı maliyyə sahəsində çalışanların və insan mənbələrinin tələbatını təmin etmiş olsun. Kompyuter sisteminin hər bir bölməsinin özünəməxsus fəaliyyət sahəsi vardır. Lakin ERP sistemi bu bölmələri vahid kompyuter proqramında birləşdirir. Bu proqram ayrı-ayn bölümlərin cəmləşdiyi bir baza tərəfindən icra olunur. Ona görə də müxtəlif bölümlər informasiyanı asanlıqla müştərək istifadəyə verə və bir-birilə əlaqə yarada bilərlər. Bu kompyuter proqramının şirkətlər tərəfindən düzgün şəkildə qurulacağı təqdirdə ondan istifadənin bir çox müsbət tərəfləri vardır. Məsələn, müştəridən sifarişin qəbul edilməsi. Həqiqətən də müştəri sifarişi verdikdə bu sifariş kağız şəklində və ya kompyuterdə bir bölmədən digər bölməyə dövr edir. Bu dövretmə müştəri sifarişlərinə vaxtında cavab verməyi ləngidir. Eyni halda şirkətin müxtəlif bölümlərində fəaliyyət göstərənlərin heç biri bilmir ki, bu sifarişin vəziyyəti ayrı-ayrı bölümlərdə necədir. ERP kompyuterdəki maliyyə, insan resursları, anbar bölümlərinə aid müstəqil sistemləri aradan götürür və onun yerinə vahid kompyuter proqramını bərqərar edir. Beləliklə maliyyə , anbar və digər bölümlər öz proqramlarına malik olurlar, lakin bu fərqlə ki , həmin proqramlar bir-birinə əlaqə qursunlar. Bu əsasda maliyyə bölümü anbar bölümünə müraciət edərək sifarişin verilməsindən məlumat əldə edə bilər. ERP-nin bir çox proqramları ayrı-ayrılıqda istifadəyə yararlıdır və onu tam şəkildə əldə etmədən də bəzi hissələrindən istifadə etmək olar.

ERP sisteminə tam halda tərif vermək çətindir. Mütəxəssislər bu sistemə müxtəlif təriflər vermişlər ki, bu təriflər onun ayrı-ayrı hissələrini əhatə etmişdir. ERP sisteminin təşkilatın ayrı-ayrı bölümlərində özünəməxsusluğu və fəaliyyət qabiliyyəti ilə tanışlıq gələcəkdə bu sistemin tam şəkildə tanınmasına kömək edə bilər. ERP (Enterprise Rsource Planing) proqramlarında bir müəssisənin daxilindəki bütün bölümlər və əməliyyatlar səy göstərirlər ki, kompyuterin vahid bir sistemində yerləşdirilsinlər. Müxtəlif bölümlər (maliyyə, anbar və satış,...) mümkündür ki, özünəməxsus kompyuter sisteminə malik olsunlar, onlara məxsus işlər icra edilsin. Amma ERP onların hamısını ayn-ayn bölümlərdən ibarət bazaya malik vahid bir proqramm daxilində birləşdirir. Bu halda müxtəlif bölümlər informasiyanı müştərək istifadəyə qoyur və bir-biri ilə əlaqədə olurlar. Həqiqətdə ERP informasiya texnologiyasına əsaslanan bir həll sistemidir ki, təşkilatın mənbələrini bir sistem vasitəsilə bir-birinə bağlamış olur və yüksək sürət, keyfiyyət və diqqət şəraitində təşkilatın müxtəlif səviyyələrdə olan müdirlərinin nəzarətində qoymuş olur ki, təşkilatın idarəetmə və proqramlaşdırma işlərini lazımi şəkildə həyata keçirə bilsinlər. ERP kompyuter proqramı vahid bölümlər məcmuəsindən hazırlanaraq və qabaqcadan proqramlaşdırılaraq təşkilatın bütün bölümlərini əhatə edir. Bu proqramdan istifadə edərkən onun imkan- lanndan maksimum bəhrələnmək üçün onu təşkilatın tələbatı ilə uyğunlaşdırmaq olduqca çətindir. ERP təşkilat üçün informasiya nöqteyi-nəzərindən vahid bir fəaliyyət mühitində və Real-time şəklində çox böyük kömək göstərmiş olur. Bu onu göstərir ki, ERP bir məcmuə və ya bir Suit proqramıdır. İnformasiya texnoloğiyası ədəbiyyatlannda Suit müstəqil, lakin bir-biri ilə əlaqədə olan proqramlar məcmuəsinə deyilir. Bu proqramlar arasında məlumatlann sürətli mübadiləsi və oxşar fəaliyyət mühiti bu məcmuənin ən mühüm özünəməxsusluqlarından hesab olunur. Bu məcmuənin proqramlarının hər biri ayn-ayn məqsədlər üçün proqramlaşdırılmışdır. Lakin bununla belə onlann arasında məlumatlann mübadiləsi prosesi çox rahatlıqla həyata keçirilir. Zahiri quruluşu və ya User interface onlann hamısında bir-birinə oxşardır.

ERP-lər belə bir özünəməxsusluğa malikdirlər ki, bir neçə müstəqil proqramdan ibarət lakin bir-birilə əlaqədar məcmuədirlər ki, onların arasında məlumat mübadiləsi rahatlıqla həyata keçirilir. ERP üçün göstərilən tərifdə modulların quruluşundan məqsəd daha birbirindən müstəqil olan müxtəlif proqamlarm olmasını göstərməkdir. Bu mənada ki, ayrı-aynlıqda müxtəlif proqramların və ya modulların, o cümlədən maliyyə, hesabdarlıq, insan resursları, əməliyyat və istehsalın nəzarəti, proqramlarinin ERP məcmuəsinin daxilində olmasına baxmayaraq, ERP bölümlərinin təşkilatda inkişafına mane olmur.

Beləliklə, ERP məcmuəsi içindən, bu məcmuədən tam istifadə etmədən də lazım olan proqramı seçib istifadə etmək olar. Modulların quruluşu belə bir imkanı yaradır ki, müxtəlif modulları müxtəlif təmin edicilərdən hazırlayıb və sonra onların məcmuəsini bir-birinin yanında yerləşdirmək olar. ERP-lərin istehsalmda proqram təmin ediciləri və satıcıları (vendor) tərəfindən standartlara riayət olunması bu işdə müəyyən sadələş- dirmələrin yaranmasına səbəb olmuşdur.

Hal-hazıda elə şirkətlər vardır ki, öz ERP-lərinin müxtəlif hissələrini, hətta 3 və ya 4 -dən daha çox təminedici vasitəsilə hazırlayıb onları bir-birinin yamda yerləşdirirlər. Modulların ERP sistemində vahidliyi müxtəlif mənada ola bilər. Bu vahidlik yeni modulların əlavə edilməsi imkanı daxilində, təşkilatın bir hissəsinin lazımı proseslərinin tam şəkildə əhatə edilməsi, bəzi proseslərin təkrar edilməməsi, informasiya nöqteyi- nəzərdən vahidlik, bütöv sistemdə bölümlərin təkrar edilməməsi, və s., ola bilər. ERP sistemləri ən yaxşı mövcud proseslər əsasında və ya müxtəlif sənayedə Best Practice əsasında proqramlaşdırılmışdır. Bu mənada ERP proqramı məcmuəsindəki təşkilatın müəyyən məqsədə doğru səylərinə yardım edən proseslər standart metodlar əsasında proqramlaşdınlaraq təcrübədə sübut etmişdir ki, bu həmin proses üçün ən yaxşı metoddur.

Müasir biznes-mühitdə şirkətin uğurlu fəaliyyəti üçün korporativ resursların kompleks idarə edilməsini həyata keçirəcək vahid informasiya məkanının yaradılması vacibdir. Bu məsələ, şirkətin təşkilati strukturunun bütün səviyyələrində biznes-proseslərin idarə edilməsi üçün vahid aralıq həllər formalaşdıran inteqrasiya edilmiş informasiya sistemlərinin tətbiqini tələb edir. Bu və ya digər aktual məsələlərin həlli üçün ERP konsepsiyası (Enterprise Resource Planning) - müəssisənin resurslarının planlaşdırılması nəzərdə tutulub.

ERP - müəssisə sahəsinin spesifik xüsusiyyətlərini və konkret biznes-məsələlərini, onun fəaliyyət infrastrukturunu, miqyasını və coğrafiyasını nəzərə alan kompleks idarəetmə strategiyasıdır. O, idarəetmə əməliyyatlarının qlobal standartlaşdınlmasını, texnoloji proseslərin avtomatlaşdırılmasını və biznesin effektivliyinin artınimasını təmin etməyə imkan verir. ERP uğurla ümumdünya standartına çevrilir. Bu, həmin sinifdən olan sistemlərin geniş imkanlan ilə bərabər ERP tətbiqi ilə şirkətin bazarda nüftızunun artması ilə bağlıdır.

Son illər yerli şirkətlər ERP sistemlərinə böyük maraq göstərməyə başlayıblar. Bu sinifdən olan həllərə tələbatın yaranması ERP sistemlərinin biznes inkişafının kritik alətinə çevrildiyini sübut edir. Müəssisə və sahəmiqyaslı güclü, tez uyğunlaşa bilən, tam funksional ERP həllərinin tətbiqinə zərurət yaranıb. ERP-nin insan resursları modulu ~ bütün kadr məlumatlarmm qruplaşdırılması, uçotu, dövriyyəsi, rəsmiləşdirilməsi, saxlanması və icra edilməsi məntiqi çərçivəsində hazırlanmış olub, orta və böyük biznes subyektlərinin strukturuna tam uyğunlaşdınla bilən proqram təminatıdır.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin