Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi



Yüklə 409,21 Kb.
səhifə40/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   137
HRM 2021 yaz semestr

İnsan resurslarının idarə edilməsində informasiya texnologiyalarının tətbiqi

Müəssisənin gündəlik fəaliyyətlərinin əsasını təşkil edən bir sıra resurslarla yanaşı İnsan Resurslarını da doğru formalaşdırmaq, dəqiq tətbiq etmək və qarşıya qoyulacaq hədəflərə çatacaq bir şəkildə istiqamətləndirmək vacib addımlardan biridir.

Hal-hazırda bir sıra müəssisələr dinamik rəqabət şəraitində özlərinə üstünlük təmin edəcək texnoloji vasitələrdən və effektiv maliyyə idarəetməsini təmin edə biləcək proqramlardan istifadə edirlər. Bununla yanaşı, insan resurslarının səmərəli idarə edilməsi məqsədilə də informasiya texnologiyalarından istifadə edirlər. İnsan resursları blirik ki, müəssisənin rəqabətqabiliyyətlilik amilidir. Bu baxımdan İnsan resurslarının idarə olunması, müəssisələri çətin bazar istisadiyyatı şəraitində bir addım önə çıxararcaq ən əhəmiyyətli faktorlardan biridir.

İnsan resurslarının avtomatlaşdırılmış idarəetmə sistemləri – kadr kargüzarlığının avtomatlaşdırılması (əməkdaşların kartlarının aparılması, iş vaxtının və davamiyyətin qeydiyyatı, təşkilatın strukturunun və ştat cədvəlinin qurulması, əmək haqqının avtomatlaşdırılmış hesablanması, işçi heyətinin təhlili, şöbələrin və ümumilikdə şirkətin inkişafının müəyyənləşdirilməsi, sistemin təşkilatın idarəetmə sistemləri ilə inteqrasiya imkanına malikdir. Bu sistemlər işçilərin seçimi və adaptasiyası, kompetensiyaların idarəedilməsi və karyera planlaşdırılmasına, kompensasiyalar və güzəştlərin izlənilməsinə, qəbul olunmuş qərarların səmərəliliyinin qiymətləndirilməsinə, həm standart, həm də sorğu əsasında hazırlanmış hesabatların bir kliklə yaradılmasına, müxtəlif faktorlar arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsinə, cədvəl və sxemlər vasitəsilə məlumatın vizuallaşdırılması imkanı verir

Aşağıdakı faktorlar mövcud olduqda daxili şəbəkə şirkətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır:

•Filial sayının çoxluğu

•Nəzərdə tutulan işçi heyətinin artımı

•Şirkətlərin birləşməsi

•Tənzimlənməmiş daxili kommunikasiya

•Həddən artıq yüklənmiş elektron poçt

•Vacib məlumatların, rəsmi tələblərin, elanların və s. tənzimlənməmiş yerləşdirilmə sistemi

İntranet – təşkilat daxilində məlumatın mübadiləsi və birgə istifadəsi üçün yaradılan sosial şəbəkədir.

İnsan resurslarının səmərəli idarə edilməsi, onların performas qiymətləndirilməsi üçün əməkdaşlara dair məlumatların müəyyən elektron sistemdə yerləşdirilməsi problemi qarşıya çıxır. Bu problemin həlli üçün hal-hazırda dünya praktikasında bir çox proqram təminatlarından istifadə olunur. İnsan resurslarınmın idarə edilməsində informasiya texnologiyalarından istifadə edilməsi müəssisədə hər bir kadra aid məlumatların asanlıqla əldə edilməsinə, işçilərin fərdi məlumatlarının müntəzəm yenilənməsinə, işçilərlə əlaqələrin daha müasir üsulla qurulmasına, korporativ mühitə uyğunlaşmaya xidmət edir. Bu elektron xidmətlərdən istifadə nəticəsində müxtəlif kadr (məzuniyyət, başqa işə keçirmə və s.) əməliyyatlarının aparılması və izlənməsi mümkündür. Eyni zamanda, hər bir işçi özü haqqında məlumatları asanlıqla izləyə bilir. İşçilərlə bağlı müxtəlif (təhsil, staj, say, gender, yaş, mükafatlar, intizam tənbehləri) hesabatların əldə edilməsi mümkün olur.

İşə qəbul proseslərinin avtomatlaşdırılması nəticəsində vakansiyalara dair elan verilməsi və elektron müraciətlərin qəbul edilməsinə, elektron bildirişlərin göndərilməsinə, elektron test imtahanlarının keçirilməsinə, namizədlərin müsabiqə statusunu izləməsinə imkan yaradır. İnsan resurslarının idarə edilməsində müasir informasiya texnologiyalarından istifadə qeyd olunanlardan savayı imkan verir ki:

- təlim, səriştəliliklər, qiymətləndirmə nəticələri və s. üzrə bütün məlumatlar qeydə alınsın;

- işin nəticələrindən birbaşa asılı olan ədalətli mükafatlandırmalar sistemi formalaşdırılsın;

- hər bir işçinin karyerasının inkişafına uyğun olaraq təlimlərin təyin edilməsi və işçilərin səriştələrinin inkişaf etdirilməsi;

- İşçilərini rahat bir şəkildə qiymətləndirmək, potensiallarının müəyyən edə bilməsi;

- İşin effektivliyinin, işçilərin faydalı iş əmsallarının artması;

- Avtomatlaşdırılmış sistem vasitəsilə (məlumatlar bazası, hesabatlar, analitik göstəricilər) idarəetməyə dair qərarların asanlıqla və daha tez bir zamanda qəbul edilməsi;

- İşçilərin qiymətləndirmə, hədəflərə nail olma, karyera inkişafı kimi məsələləri ümumi sistemdən izləməsi;

- Hədəflərə və məqsədlərə uyğun olaraq yaranan təlim ehtiyaclarının vaxtı vaxtında və effektiv şəkildə ödənilməsi;

İnsan resurslarının idarə edilməsində müxtəlif proqram təminatlarından istifadə edilir ki, onlardan biri də, HRM-360-dır.

HRM 360 – insan resursları sistemində internet / intranet üzərindən işçilərin şəxsi işlərini ən xırda detallara kimi yaratmaq imkanına malikdir. Bu proqram vasitəsilə insan resurslarının idarə edilməsi üçün aşağıdakı vəzifələrin yerinə yetirilməısi mümkündür:



  • Azərbaycan Respublikasının Əmək məcəlləsinə uyğun olaraq işçilərin məvaciblərinin hesablanması;

  • İstənilən sənədlərin (müqavilə, ərizə, arayış və s.) reyestrinin yaradılması və anında çap olunması;

  • İşçilərin məzuniyyət, ezamiyyət qrafiklərinin yaradılması;

  • PDKS (Personnel Digital Control Systems) sistemləri ilə inteqrasiya;

  • İşçilərin treyninq və digər tədbirlərdə iştirak qrafiki və onun reallaşması cədvəlləri;

  • İşçilərin sağlamlığı ilə əlaqədar məlumatlar;

  • İşçilərin keçdiyi və keçmək istədiyi təlimlər haqqında məlumatlar;

  • Dövlət hesabatları (B1, B3 və s.)

  • Xəbərləndirmə sistemi (bitmək üzrə olan müqavilələr, yaxınlaşan ad günləri və s.

Daha sonra, işin səmərəli təşkili, əməkdaşların mobillik və operativliyinin təmin olunması, o cümlədən işçilərin təlim və inkişafının planlaşdırılması və s. üçün “Office 365” proqram təminatından istifadə oluna bilər.

Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin