Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə43/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   137
HRM 2021 yaz semestr

Dövlətin kadr siyasəti – ölkənin bu və ya digər inkişaf dövrünün konkret tarixi şəraitində kadr işi strategiyasının formalaşması, məqsəd və problemin qoyuluşu, heyətin seçilməsi, yerləşdirilməsi və inkişafının elmi prinsiplərinin müəyyən olunması, heyətin iş forma və üsullarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də müəyyən olunmuş strateji hədəflərdən biri insan kapitalının inkişaf etdirilməsidir.

Strateji Yol Xəritəsində qeyd olunur ki, insan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur.

Strateji Yol Xəritəsində ölkədə fəaliyyət göstərən istehsal müəssisələrində insan resursları üzrə bacarıqların təkmilləşdirilməsi və inkişaf etdirilməsi, klasterli inkişaf üçün işçi qüvvəsinin hazırlanması və təkrar hazırlanması prosesinin davam etdirilməsi, işə qəbul və təlim mexanizmini təkmilləşdirmək üçün müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik, milli ideologiya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdəti, xalqa xidmət kimi meyarlar üzərində qurulmuşdur. Dövlət siyasətinin mərkəzində vətəndaşın durması, dövlət xidmətləri sahəsində vətəndaş məmnunluğunun xüsusi önəm daşıması, vətəndaşa yönümlü peşəkar dövlət qulluğunun yaradılması kadr siyasətinin məzmununa və icra mexanizmlərinə də yeni çalarlar qazandırmışdır. Qeyd etmək lazımdır ki, müasir və demokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətlidir. Çünki kadr siyasəti məhz icra mexanizmləri vasitəsilə həyata keçirilir. İcra mexanizmləri səmərəlidirsə, peşəkar dövlət qulluğu formalaşacaq, şəffafdırsa, dövlət qulluğuna qəbul və qulluqda irəliləyişə bərabər imkanlar mövcud olacaq və sağlam rəqabətə əsaslanan obyektiv müsabiqə əsasında kadr potensialı formalaşacaq və xidmət illəri boyu daha da inkişaf etdiriləcəkdir. Müasir Azərbaycanda kadr siyasətinin icra mexanizmləri kadrların seçilməsini, yerləşdirilməsini və inkişaf etdirilməsini, onun potensialının üzə çıxarılması, qulluqda irəliləyişini şəffaflıqla təmin edən, obyektiv qiymətləndirmə meyarlarını müəyyənləşdirən təminat vasitələrinin sistemidir


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin